Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2016
15:31
İnternet istifadəçilərinin ən çox qoyduğu uğursuz parollar - SİYAHI

Kompyuterlər, şəxsi sənədlər, telefonlara qoyulan parollar bəzən o qədər bəsit olur ki, onları sındırmaq üçün heç bir hakerə ehtiyac belə qalmır. Parollarla bağlı nəzarəti həyata keçirən "SplashData" hər il müntəzəm olaraq ən bəsit və asan parolların siyahısını hazırlayır. Adətən bu siyahıya 25 uğursuz parol daxil olur.

"SplashData" artıq 2015-cü ilin nəticələrini elan edib. Statistika 2015-ci ildə şəbəkədə olan 2 milyon parola əsasən hazırlanıb. Siyahıda ilk yer alan "123456" paroludur. İkinci pillədə “password” (parol), üçüncüdə isə “qwerty” qərarlaşıb. Siyahıya alınan şifrələr demək olar ki, heç bir yaradıcılıq, gizlilik düşünülmədən qoyulub. Statistikaya görə, “123456”, “parol”, “12345678”, “qwerty”, “12345”, “123456789”, “1234”, “1234567”, “1234567890”, “111111” şifrələri ilk onluqda yer alıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 03:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com