Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2016
20:29
1805
“20 Yanvar faciəsinin gənclərin düşüncəsinə təsiri”

“Həmrəylik” İctimai Birliyi və Azərbaycan İslam Partiyası Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “20 Yanvar faciəsinin gənclərin düşüncəsinə təsiri” mövzusunda tədbir keçirilib.

“Həmrəylik” İctimai Birliyinin sədri Rəşad Dadaşov 20 Yanvar faciəsinin xalqın yaddaşında əbədi iz qoyduğunu xatırladıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hərb maşınlarının Azərbaycan xalqına qarşı dəhşətli faciə törətdiyini deyən Rəşad Dadaşov, hadisələrin Azərbaycan tarixinə qanla yazıldığını diqqətə çatdırıb. O, 20 Yanvar faciəsindən sonra xalqın milli ruhunun və özünüdərkin gücləndiyini qeyd edib. Faciə zamanı 130-dan çox insanın qətlə yetirildiyini, 1000-dən artıq soydaşımızın yaralandığını deyən Rəşad Dadaşov, bu qətliamın heç zaman unudulmayacağına diqqət çəkib. 

Ardınca çıxış edən “Əsgər Analarına Dəstək” İctimai Birliyinin sədri Növrəstə İbrahimova faciəni canlı olaraq yaşadığını deyib. Canlı şahid kimi həmin gecə baş verənləri, faciənin dəhşətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, çıxışında insanları birliyə, vəhdətə səsləyib və yalnız bundan sonra imperialistlərə qarşı mübarizə aparmağın mümkünlüyünü ifadə edib.

Tədbirdə çıxış edən AİP Gənclər Təşkilatının sədri Vüqar Abdullayev xalqımızın başına açılan müsibətləri, yaşanan faciələri gələcəyimiz olan gənclərə çatdırmaq baxımından bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bəzi gənclərin tariximizdə yaşanan faciələrdən xəbərsiz olduqlarını təəssüf hissi ilə qeyd edən Vüqar Abdullayev, bu istiqamətdən təbliğatın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Ən gözəl yol, şəhadət yoludur” fikirləri ilə çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev, bu cür təfəkkür və düşüncə ilə gənclərin gələcəyinin parlaq olacağına diqqət çəkib, özünə inamın insanı qalibiyyətə apardığını deyib. Ən gözəl elmin, düşüncənin, peyğəmbər və Əhli-Beytin bizə çatdırdığı elm olduğunu vurğulayıb. Belə maarifləndirici tədbirlərin bundan sonra da keçirilməsinin zəruriliyini qeyd edib.

Tədbirin sonunda 20 Yanvar faciəsini əks etdirin video çarx nümayiş olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com