Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2016
10:59
Diqqət: Hər an qar uçqunu təhlükəsi var!

"Azəryolservis" ASC-dən verilən məlumata görə, Quba-Xınalıq yolunda kəskin hava şəraitinə baxmayaraq, "Azəryolservis" ASC-nin sözügedən əraziyə cəlb edilmiş ağır texnikasının köməyi və əməkdaşlarının gərgin əməyi nəticəsində çovğun zamanı yola yığılmış böyük qar kütləsi ötən gün axşam saatlarında bütövlükdə təmizlənib. Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Lakin hər an qar uçqunu təhlükəsi olduğu üçün sürücülərdən ehtiyatlı olmaq xahiş olunur.

Bununla bağlı "Azəryolservis" KİV-lərə də müraciət edib:

"Televiziyalardan, onlayn və çap mediadan isə xahiş olunur ki, həmin yolun ucqar dağlıq ərazidən keçdiyini və çətin relyefə malik olduğunu nəzərə alsınlar. Quba-Xınalıq yolu və bu kimi digər ucqar dağ yollarının qış fəslində, xüsusilə qar yağarkən bağlanması normal haldır.

Yaxın keçmişdə belə yollar kəskin hava şəraiti, çovğunlar və qar uçqunları zamanı bir neçə günlük deyil, bir neçə aylıq bağlanırdı. Bunu ucqar dağ yolları üzərində yerləşən kəndlərin sakinləri də təsdiqləyə bilərlər. Yəni hər dəfə hər hansı ucqar dağ yolunun kəskin hava şəraiti səbəbindən bağlanması barədə xəbər hazırlanmamışdan öncə bu amil nəzərə alınsa, daha yaxşı olar".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43749

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43672

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43138

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48668

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43120

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 06:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru