Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

10 Dekabr

2015
12:23
1409
ABŞ fond bazarında geriləmə davam edir

ABŞ fond birjaları "Apple" şirkətinin səhmlərindəki azalma ilə dekabrın 9-da geriləyib. Fond birjalarında geriləmə 3 gündür davam edir. Dünən, dekabrın 9-da "Apple"ın səhmləri başda olmaqla texnologiya şirkətlərində başlayan satış dalğası kimya sektorunda iki nəhəng şirkətin birləşmək qərarını da kölgədə qoyub.

Qlobal iqtisadi yavaşlama fonunda texnologiya şirkətlərinin səhmləri azalmağa başlayıb. Amma, "Dow Chemical" və "DuPont" kimya sektorunun iki ən böyük şirkətinin birləşmək qərarı ilə bu şirkətlərin səhmləri 11%-ə yaxın bahalaşıb. Kimya sirkətlərinin səhmlərinin artması ABŞ fond birjalarındakı sərt geriləmənin qarşısını qismən alıb.

Cənubi Karolina ştatının "Greenwood Capital Associates" investisiya şirkətinin investisiyalar üzrə baş əməkdaşı Valter Tod (Walter Todd) bildirib ki, hazırda fond birjaları neft qiymətlərinin dəyişməsi istiqamətində hərəkət edir. Neft qiymətlərinin azalması neft sektoru şirkətlərinin səhmlərinin geriləməsinə və qlobal iqtisadiyyatın zəifləməsi siqnallarının yaranmasına gətirib çıxarır.

"Report"un analitik qrupu hesab edir ki, Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlaması və qlobal iqtisadi yavaşlama fonunda ABŞ iqtisadiyyatının da bir qədər səngiməsi fond birjalarının geriləməsinə səbəb olacaq. Bu da öz növbəsində əksər ölkələrdə fond birjalarının azalmasına, nəticədə qlobal likvidliyin azalmasına gətirib çıxaracaq. Fond birjalarının son 15 ildə yüksəldiyi maksimal həddə yaxın 10 ildə çatmaqda çətinlik çəkəcəyi və bu geriləmənin ən azı 5 il davam edəcəyi ehtimal olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu 4 restoran bağlana bilər - ADLARI

22

Aprel
15:26
ÖLKƏ
377

Piylənmənin yaddaşı niyə pozduğu məlum olub

22

Aprel
15:03
AİLƏ, SAĞLAMLIQ
489

Günün qarşılaşmaları TV AFİŞA

22

Aprel
14:14
İDMAN
52

Aparıcını şoka salan qol - VİDEO

22

Aprel
12:50
İDMAN
162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 16:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru