Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2015
09:24
Nardarana elektrik enerjisinin verilişi bərpa edilib

Bakının Nardaran qəsəbəsində elektrik enerjisinin verilişi bərpa edilib.

 

Bu barədə qəsəbə sakini Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, dünəndən qəsəbənin küçə və meydanlarına elektrik enerjisi verilib: “Əhaliyə isə hələlik elektrik enerjisi verilmir. Deyilənə görə, yaxın günlərdə əhaliyə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.

 

Digər Nardaran sakinləri isə bildiriblər ki, artıq evlərə də işıq verilib. Belə ki, fərdi qaydada müraciət edib, “Azərişıq” ASC ilə yeni şərtlər əsasında müqavilə bağlayan sakinlərin elektrik enerjisi ilə təchizatı bərpa olunub. 

 

Xatırladaq ki, ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev bir müddət əvvəl APA-ya açıqlamasında qəsəbədə yenidən SMS tipli sayğacların quraşdırılmasına başlanıldığını bildirib. "Hər bir abonentlə fərdi qaydada xüsusi müqavilə bağlanaraq sayğaclara yüklədikləri vəsait əsasında elektrik enerjisi ilə təchiz ediləcəklər. Bütün yuxarıda qeyd olunan tədbirlərin icrasına nəzarət təmin etmək üçün xüsusi qərargah yaradılıb. Abonentlər elektrik enerjisi təchizatı ilə bağlı qərargaha müraciət edə bilərlər”, - deyə qurum rəsmisi qeyd edib.

 

T. Mustafayev deyib ki, yeni şərtlərə əməl edən Naradaran sakinləri elektrik enerjisi ilə təchiz olunacaqlar.

 

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir. Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib. Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.

 

Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14277

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12952

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14340

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13939

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19309

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13818

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13912
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 16:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru