Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2015
16:45
280
Taksi sürücüləri narahatdır: `Yeni qaydalar bizi işsiz qoyacaq” VİDEO

Paytaxtda taksi xidməti göstərən sürücülər narahatdır. Onlar bildirirlər ki, taksi ximəti ilə bağlı tətbiq olunacaq yeni qaydalar onları işsiz qoyacaq. 

Belə ki, son günlər ili köhnə olan avtomobillərin paytaxt ərazisində taksi xidməti göstərməsinə qadağa qoyulması, taksilərin hamısının vahid şəkildə olaması barədə qaydaların qəbul olunması haqqında iddialar sürücülərin narahatlığına səbəb olub. 

Şikayətlərini danışan sürücülər bildirib ki, bu qaydalar onların onsuz da az olan qazancını əllərindən alacaq.

DYP-dən onlara bildirilib ki, prezidentin 31 avqust 2015-ci il tarixli fərmanı ilə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinə taksi avtomobilləri üçün vahid standart hazırlayıb, təsdiq etmək tapşırılıb. Hazırda həmin standartın hazırlanması yekunlaşmaqdadır və yəqin ki, yaxın gələcəkdə standartlar təsdiqlənəcək. 

Bu standartlarda taksilər üçün xeyli yeniliklərin olacağı gözlənilir. Belə yeniliklər sırasında taksi kimi istifadə edilən minik avtomobillərinin vahid rəngdə olması, maksimal yol verilən istismar müddəti (avtomobilin maksimal yaşı), vahid rəng qrafikası, taksometr və başqa bu kimi zəruri avadanlıqlarla təchizatı nəzərdə tutula bilər.

Paytaxtda fəaliyyət göstərən taksi sürücüləri isə bu qaydaların tətbiq edilməsini arzulamır. Sürücü Aslan Kərimov deyir ki, yeni tətbiq olunacaq qaydalar onları  işsiz qoyacaq: “Son zamanlar demək olar ki, taksi fəaliyyətində iş yoxdur, tələbat azalıb. Deyilənə görə, 5 illik lisenziya olmalıdır. 110-150 manat civarında ödəniş etməliyik. Bundan əlavə hər 3 ayda bir dəfə texniki baxış olmalıdır, ayda 20 manat... Əvvəl nəqliyyat müfəttişlərinə 64 manat verib, rahat işləyirdik, pis-yaxşı dolanırdıq. Gündəlik qazancımız dolanışığımıza güclə yetir, qaldı ki, lisenziya pulu verək".

Taksometr və zəruri avadanlıqlara gəlincə isə, sürücü bildirdi ki, bu sistemlə işləmək taksi xidmətlərinin bahalaşmasına və sürücülərin büdcəsinə mənfi təsir göstərəcək: "Avadanlıqlar barəsində xəbərimiz yoxdur, həmin avadanlıqlarla işləyə də bilmərik. Müştəri gəlib, 4 manatlıq yolu 3 manata aparmağımızı istəyir, razılaşırıq. Lakin taksometrlə işləyəndə məcbur qalıb, müştərini aparmayacağıq. Aparsaq belə, yazılan kilometraj sürücülərə sərf etməyəcək".

Sürücülər yeni quraşdırılacaq avadanlıqların həddindən artıq baha olduğunu bildirdilər: "Bildiyimizə görə, həmin avadanlıqlar 1000-1250 manat arasındadır. "ELİT" ticarət mərkəzinin yanında satışı həyata keçirilir. Eşitdiymizə görə, yeni qaydalara əsasən avtomobilin istehsal tarixi 2000-ci ildən yuxarı olmalıdır. Taksi sürücülərinin çoxunun avtomobili isə 2000-ci ildən aşağıdır. Biz məcburuq ki, köhnə avtomobilimizi satıb, yenisini alaq. Buna isə bizim imkanımız çatmır".

Adının çəkilməsini istəməyən sürücü bildirdi ki, onun avtomobili 1998-ci ilin istehsalıdır və illərdir ki, "Dərngül bazarı"da taksi xidməti göstərir: "Avtomobilimin dəyəri 5000 min manat civarındadır. Onu satıb, yenisini almaq mümkün deyil. Əgər bu yayılan şayiələr düz çıxarsa, vəziyyətimiz çətin olacaq. Bir çıxış yolumuz var, kreditlə almaq. Bu isə taksi xidməti üçün sərfəli deyil". 

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev  açıqlama verib. O qanunvericilikdə bu kimi halların olmadığını bildirib: "Sərnişindaşıma və yaxud yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyaların verilməsi məsələsi var. Ola bilər ki, lisenziya şərtlərində həmin şərtlər qeyd olunsun və ya nəqliyyat vasitəsinin istismar ili nəzərə alınsın. Amma mövcud qanunvericilikdə nəqliyyat vasitələrinin buraxılış lisenziyaları, onların istismarı barəsində heç bir yenilik, heç bir təlimat verilməyib. Qanunvericilikdə belə hallar nəzərdə tutulmayıb. Ola bilər ki, müəyyən şərtlər olsun, lakin həmin şərtlər müəyyənləşməyib”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
431

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
1094

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
65

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1096

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
433

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
88
Şərhlər
anonim tərəfindən 09-12-2015 04:21:53 tarixində yazıldı
taksi
BU "TAKSİ" - XALTURŞİKLƏRİ ŞƏHƏRDƏN QOVSAYDILAR ƏHALİ DİNCƏLƏRDİ. Hər gələn bir dənə maşın alır, nə qayda bilir, nə qanun bilir, nə yol iştirakçılarına hörmət bilir, qiymətləri kəllə-çarx vurur, düşürlər şəhərin canına ki, acından ölürəm, dolanışığım budur. AVTOMOBİLLİ DİLƏNÇİLƏR.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 15:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru