Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2015
11:26
370
Azərbaycan alimindən ixtira
İxtira üçün beynəlxalq patent alınmasına başlanılıb

Dünya elmində ilk dəfə olaraq, Azərbaycan alimi dənizdə nərəkimilərin, kilkələrin, kütümün və s. sayının artmasına mənfi təsir göstərən, olduqca zərərverici olan "Mnemiopsis leidyi (A.Agassiz) daraqlısı"nın öyrənilməsi sahəsində yeni ixtira edib.

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuriyə Şamionova artıq bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Mnemiopsis leidyi (A.Agassiz) daraqlısı"nın saxlanması üçün fiksator" adlı ixtirasına görə patent də alıb.

N.Şamionova  bildirib ki, əmtəə balıqçılığının inkişafına ciddi maneə olan mnemiopsislər 1990-cı illərin axırlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilib. Dəniz akvatoriyasında sürətlə yayılan mnemiopsis leidyi 30 ildən artıqdır ki, Qara və Azov dənizlərinin ekosisteminə, 15 ildən artıq müddətdir ki, Xəzər dənizinə təsir göstərir.

Alim qeyd edib ki, balaca, jele şəklində olan mnemiopsis ələ götürülən kimi dağıldığından onu indiyədək tədqiq etmək və bu səbəbdən də ona qarşı mübarizə üsulunu müəyyənləşdirmək mümkün olmayıb.

N.Şamionava əlavə edib ki, onun təklif etdiyi yeni texnologiya sayəsində dəniz mühitindən ayrılmış mnemiopsis üçün yeni süni mühit yaradılıb. Mnemiopsis spirt və palıd qabığı əsasında hazırlanan bu maye mühitdə ölsə də, onun forması dağılmamış formada, olduğu kimi qalır. Bu da mnemiopsisin uzun müddət laboratoriya şəraitində qalmasına və onun öyrənilməsinə imkan verəcək.

Alim bu ixtirası üçün beynəlxalq patent də almağa hazırlaşır.

Qeyd edək ki, Xəzərdə mnemiopsislərin olması yalnız Azərbaycan deyil, bütün Xəzəryanı ölkələr üçün problemlər yaradıb. Mnemiopsislər Xəzər dənizində nərəkimilərdən olan beluqanın sayının daha çox azalmasına səbəb olub. Xəzərin Azərbaycan sektorunda mnemiopsislərin olması dənizin daha çox Lənkəran ərazisinə düşən hissəsinə zərbə vurub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
50

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1069
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 12:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru