Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
11:45
186
Azərbaycanda əlil uşaqlar üçün yeni QAYDALAR

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün yeni qaydalar hazırlanacaq.

Təhsil Nazirliyindən bildirilib ki, xüsusi təhsil sahəsində köklü islahatların aparılması nəzərdə tutulub. Xüsusi təhsil sahəsində yeni metodikaların tətbiqi və ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni xidmətlərin yaradılması planlaşdırılır. Ümumilikdə nəzərdə tutulan tədbirlər sağlamlıq imkanları məhdud olan şəxslərin keyfiyyətli təhsillə əhatə olunmasına və cəmiyyətə inteqrasiyasına xidmət edəcək.

Nazirlikdən deyilib ki, əlilliyi olan uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramlarının qəbul edilməsi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və Tədbirlər Planında öz əksini tapıb. Bu məqsədlə "2016-2023-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" hazırlanıb və baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib.

Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 62 860 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558-i xüsusi məktəblərdə, 2725-i xüsusi internat məktəblərində, 260 nəfəri isə ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
48

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1068
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru