Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2015
14:17
Diaspora Komitəsi ləğv ediləcək?

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun 2016-cı ilin əvvəllərində vəzifəsindən azad ediləcəyi gözlənilir. Bu barədə daxil olan məlumatda bildirilir ki, son zamanlar Nazim İbrahimovun demək olar ki,  heç bir tədbir keçirməməsi, mətbuata açıqlama verməməsinin də səbəbləri məhz onun ətrafında gedən proseslərlə bağlıdır. Məlumata görə, N.İbrahimovun bu ilin iyun ayında özünü asan qaynı Məzahir Cəfərovun yasına da yüksək çinli məmurlar gəlməyib. Bunu isə onun fəaliyyətinin zəif olması, hakimiyyətin üst qatının yanında nüfuzunun tamamilə düşməsi ilə əlaqələndirirlər.

Mənbəmizin sözlərinə görə, Avropa Oyunlarıdan sonra əcnəbi televiziyaların Azərbaycan haqqında xoşagəlməz verilişlər hazırlaması, Qarabağ münaqişəsi fonunda erməni lobbiçilərinin xaricdə daha aktiv olması, N.İbrahimovun “qələminin qırılacağı günü” tezləşdirən amillərdəndir: “Bütün bu səbəblərdən qarşıdan gələn ilin əvvəllərində Diaspora Komitəsinin ləğv ediləcəyi istisna deyil. Ümumiyyətlə, komitənin apardığı siyasətdən birmənalı şəkildə hakimiyyət narazıdır.  Azərbaycanda iqtisadi şərait də qənaətbəxş hesab olunmur. Dəfələrlə mətbuatda hakimiyyətə yaxın şəxslər açıqlama verərək bildiriblər ki, hökumət belə məqamda anti-böhran konsepsiyasını hazırlamalı və buna uyğun addımlar atmalıdır. 

Həmçinin anti-böhran konsepsiyası çərçivəsində oxşar fəaliyyəti olan bir neçə qurumun da birləşdiriləcəyi ilə bağlı söhbətlər gəzir. Bu proseslər zamanı çox güman ki,  Diasporla İş üzrə Dövlət Komitəsi də ləğv edilərək, onun funksiyaları  Xarici İşlər Nazirliyinə veriləcək”.

Aldığımız məlumatların nə dərəcə doğru olub olmamasını öyrənmək üçün Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova ilə əlaqə saxladıq. 

E.Xəlilova musavat.com-a açıqlamasında bildirdi ki, Nazim İbrahimov suallarımıza hazırda cavab verə bilməyəcək:

“Nazim müəllim indi çox məşğuldur. Sizinlə danışa bilməyəcək. Ancaq suallarınızı yazılı formada göndərin cavablandırmağa çalışacağıq. Bu gün olmasa da sabah və ya növbəti gün cavab verməyə çalışacağıq”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 19:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com