Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2015
15:13
Ərdoğan: `Dərdimiz buradan zərərlə çıxmaq deyil`

"Buradakı dərdimiz, bu işin diplomatik danışıqlar çərçivəsində necə həll edilməsidir. Çünki bölgədəki gərginliklər, bizi də incidir".

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə ABŞ-ın Parisdəki OECD Daimi Nümayəndəliyində keçirdiyi görüşdən sonrakı açıqlamasında deyib. 

Görüşün əsas müzakirə mövzusunun İŞİD terror təşkilatına qarşı bölgədə aparılan mübarizə olduğunu vurğulayan Ərdoğan, koalisiya qüvvələri olaraq Suriyadakı məsələlərin detalları üzərində dayandıqlarını deyib.

Prezident Ərdoğan görüşdə Rusiya-Türkiyə arasındakı son dövrdə baş verən proseslərin müzakirə olunduğunu bildirərək, "Bunun müzakirəsini apardıq. Buradakı dərdimiz xüsusilə bu işin diplomatik yolla necə həll edilməsidir. Çünki bölgədəki gərginliklər bizləri də kədərləndirir. Hər iki tərəfə də bu zərər verir, dərdimiz buradan zərərlə çıxmaq deyil, tam əksinə, bunu sülhə çevirmək vasitəsilə regionun sülhünə töhfə verməkdir" söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
372

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 22:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru