Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2015
15:05
Sürücülərə xoş xəbər

Uzun illərdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsinin bu dəfə Rüstəm Rüstəmov küçəsi və Babək propektləri arasında yerləşən hissəsində təmir-tikinti işlərinə start verilib.

"Azəryolservis" ASC-dən FaktXəbər-ə verilən məlumata görə, təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin ortalama eni isə 20 metrdir.

Sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həm yolun asflat-beton örtüyü tez sıradan çıxırdı, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Bütün bunları nəzərə alan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən küçədə 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulur. Zəruri olan yerlərdə yağış barmaqlıqları qoyulur, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılmış olacaq.

Piyadaların da rahatlığını düşünən Cəmiyyət təmir etdiyi küçələrdə səkilərin olmasına xüsusi olaraq diqqət yetirir. Mikayıl Əliyev küçəsində də vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi həll ediləcək. Belə ki, təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılır. Səkilərin kənarlarına 3 min paqon metrə yaxın səki daşları düzülür.

Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənəcək. Bunun üçün artıq köhnə asfalt örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Ümumilikdə, sözügedən əraziyə 2 qat olmaqla 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, "Azəryolservis" ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində Mikayıl Əliyev küçəsində yolun hərəkət hissəsinin müəyyən hissəsində genişləndirmə işləri aparılacaq. Genişləndirmə küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə görüləcək. Bununla da həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənməklə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş olacaq.

Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində Cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulacaq, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Hazırda təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti çətinliyə görə, üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19797

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18402

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19747

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19323

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24866

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19316

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 06:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru