Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2015
12:44
Sərxoş sürücünü tanımağın 7 QIZIL QAYDASI

Yol polisi əməkdaşı sərxoş sürücünü necə müəyyən edir?

BAKU.WS əməkdaşı artıq bir neçə ildir ki, təqaüdə çıxmış yol polisi ilə görüşərək bu sualın cavabını tapmağa çalışıb. Həmsöhbətimin sözlərinə görə, polis əməkdaşlarına yol hərəkəti qaydalarını pozanlar haqqında təlimlər keçirlər. Polislərə akademiyada vətəndaşın jest və mimikalarını oxumağı da öyrədirlər. Beləliklə, polis əməkdaşı vətəndaşın qayda pozuntusu edib etmədiyini onun üzünə baxaraq da müəyyən edə bilir.

Sükan arxasında əyləşən sürücünün spirtli içki qəbul etdiyini isə yol polisi bir baxışda müəyyən edir. Bunun üçün lazım olan ən müasir metodları polis çox yaxşı bilirlər. Sabiq yol polisi, polkovnik sükan arxasında sərxoş vəziyyətdə oturan insanı necə müəyyən etmək barədə öz təcrübəsini bölüşüb.

"Bizə bu barədə akademiyada dərs deyirdilər. Və bu günə kimi də, eyni formada həmin dərs tədris edilir. Məsələ ondadır ki, sərxoş sürücünü müəyyən etməyin bir neçə üsulu mövcuddur. Mən bunları ona görə demirəm ki, bəziləri bu üsullardan istifadə edərək cərimələrdən yayınmağa və həyataını təhlükəyə atmağa çalışsın. Hər halda ayıq sürücü xidməti var və həyatını bir neçə yüz manata görə təhlükəyə atmağa dəyməz".

1. Avtomobillərin arasında sərxoş sürücünü aşkar etmək üçün - ilk növbədə nəqliyyat vasitəsini idarə etmə tərzinə diqqət yetirmək lazımdır. Nadir hallarda olur ki, sürücü sükan arxasında nəqliyyatı yolda sağ-sol edərək sürür.

2. Avtomobil yaxınlaşarkən polis əməkdaşı sürücünün diqqətini özünə yönəltməlidir. Nəqliyyat vasitəsinin dayanmasından sonra sürücün mimikasına baxaraq onun içkili olub-olmamasını bilmək mümkün olur. Əgər onun gözləri tez-tez yaşarır və ya qızarırsa deməli içki qəbul edib.

3. Avtomobilin polis tərəfindən saxlanılamasında sürücünün siqaret çəkərkən etdiyi əl hərəkətləri də səbəb ola bilər. Yol polisi sürücünün siqaret çəkmək üsulundan bunu anlaya bilir.

4. Sərxoş sürücü məclisdən çıxıb hansısa ünvana yollandıqda əksər hallarda faraların yaxın işığını yandırmağı unudur. Bu nüans da sərxoş sürücünün xüsusiyyətlərindəndir.

5. Bəzi hallarda sərxoş sürücülər mühərriki qızdırmayıb yerindən tərpənirlər. Bu zaman avtomobilin çölə buraxdığı tüstü daha tünd olur və bu, polisin diqqətindən qaçmır.

6. Bəzi sürücülər isə sükan arxasında qadağan edilmiş preparatlardan istifadə etdikdən sonra otururlar. Həmin adamlar polis maşını görəndə yalnız bir nöqtəyə baxaraq avtomobili idarə etməyə çalışırlar. Beləliklə də onlar vəziyyətə fokuslanmağa çalışırlar.

7. Sükan arxasında oturan sürücünün ciddi duruşu və yumruqlarını sıxaraq sərt görünməyə çalışması da onun sərxoş ola biləcəyini ehtimalını gücləndirir. Adətən ayıq sürücü belə hərəkətlər etmir və daha sakit olur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20037

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18647

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19568

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25106

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19716
Şərhlər
Elvin Xelilov tərəfindən 26-12-2015 22:14:49 tarixində yazıldı
Serh
Onsuzda polisi gorende arxasi olan rahat oturur iw ucun cole cixanlar ise yeni arxa dayagi olmayanlar(dayday wotuna firlanmayanlar) da ehtiyatla sururlerki cerimelenmesinler onsuzda AZERBAYCANDA EDALET YALNIZ INSAN ADI OLACAQ QALACAQ BU GEDISLE.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 14:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru