Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Noyabr

2015
11:12
3297
Tibb Universitetində sümük iliyi transplantasiyası şöbəsi yaradılır

Tibb Universitetində  sümük iliyi transplantasiyası şöbəsi yaradılır.

FaktXəbər-in verdiyi məlumata görə, Akademik Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında yeni qurulmaqda olan sümük iliyi transplantasiyası şöbəsinə baş çəkərək işlərin gedişi ilə yerində tanış olub və öz tövsiyyələrini verib. Tədris-terapevtik klinikanın direktoru professor Surxay Musayev məlumat verərək bildirib ki, şöbənin qurulmasında son tamamlama işləri gedir və lazım olan avadanlıqların əksəriyyəti klinikaya gətirilərək qurulmuşdur. 

Hematologiya şöbəsinin müdiri Valeh Hüseynov qeyd edib ki, “bütün dünyada olduğu kimi Respublikamızda da hematoloji xəstələrin sayı artmaqdadır. Tibbin son nailiyyətlərinə əsasən bu gün bir çox hematoloji  xəstəliklərin sağalmasına nail olmaq mümkündür. Yeni müalicə protokolları ilə yanaşı onko-hematoloji xəstələrin müalicəsində əsas yeri sümük iliyi və ya kök hüceyrə transplantasiyası tutur. Son illərdə kök hüceyrə transplantasiyası tibbin digər sahələrində də  tədbiq olunur. Xüsusilə bəzi onkoloji, qastroenteroloji, kardioloji xəstəliklərin müalicəsində geniş istifadə olunur”. 

Qeyd edək ki, Tibb Universitetinin  Tədris-terapevtik klinikasında yaradılan yeni şöbə kök hüceyrə toplanması, dondurulması üçün cihazlarla təchiz olunmuşdur. Sümük iliyi transplantasiyanın həyata keçirilməsi üçün xüsusi steril şərait və hepafiltrlə təchiz olunmuş bölmənin qurulması işləri sona çatmaqdadır. Təbii ki, bu işlərin həyata keçirilməsi üçün peşəkar personalın olması əsas şərtlərdən biridir. Bunun üçün ona yaxın həkim və tibb bacısı Türkiyə və Avropa ölkələrinin müxtəlif klinikalarında təkmilləşmə kursu  keçmişlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru