Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2015
11:48
Hacı Əhliman və Hacı Şahin Ərbəin barədə - VİDEO MÜSAHİBƏ

Bu gün Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm mövsümü başa çatır. Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir ki, bu günü müsəlmanların böyük əksəriyyəti matəm günü kimi qeyd edirlər. Artıq neçə illərdir ki, Azərbaycan xalqı bu matəm günü ilə bağlı kütləvi şəkildə məclislər keçirir.

Ərbəin günü nədir və nə zamandan etibarən müsəlmanlar bu günü matəm günü kimi qeyd edirlər? Bu sualın cavabını QMİ rəsmisi, Məşədi Dadaş məscidinin imam-cüməsi, ilahiyyatçı Hacı Şahin Həsənli və Hacı Cavad məscidinin axundu, ilahiyyatçı Hacı Əhliman Rüstəmov FaktXəbər-ə açıqladı.

Hacı Şahin Həsənli: " İmam Hüseyn (ə)-ın ərbəini, yəni qırx mərasiminin keçirilməsi haqqında hədislərdə bizlərə tövsiyyələr edilib. İmam Həsən Əskəri (ə) buyurub ki, Ərbəin ziyarəti, İmam Hüseyn (ə)-ın 40 günü Kərbəlanı ziyarət etmək möminlərin əlamətlərindən biri hesab olunur. İmam Hüseyn (ə)-ı 40 günü ziyarət edilməsi ənənəsi peyğəmbərimizin səhabəsi Cabir ibn Abdullah tərəfindən bizlərə miras qalıb. Cabir ibn Abdullah ərbəin günü İmamın qəbrini ilk ziyarət edən şəxsdir. Əhli-Beyt əsirlərinin də Kərbəlanı ziyarət etməsi barəsində hədislər çoxdur. İmam Hüseyn (ə)ın qırx mərasimi tarixən Azərbaycanda qeyd olunub. Azərbaycan xalqı bu iki ayı - Məhərrəm və Səfər aylarını İmam Hüseyn (ə)-ın ruhuna hörmət əlaməti olaraq matəm ayı kimi qeyd edir. İnsanlar böyük izdihamla hər il ərbəin gününü qeyd edir və bu il də istisna deyil."

Hacı Əhliman Rüstəmov: " Bəzi günlərin ibadətləri və itaətləri fəzilət baxımından başqa günlərə nisbətən daha artıq olur. Necə ki, Ramazan ayında bir Quran ayəsi oxumaq bütün Quranı oxumağın savabına bərabərdir. Məhərrəm və Səfər aylarında da İmam Hüseyn (ə)-a əza saxlamağın, xüsusən də İmamın 40 günündə mərasim keçirmək, əzadarlıq saxlamağın böyük savabı vardır. Bu məsumlardan gələn hədislərdə xüsusi olaraq vurğulanıb."

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13657

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12317

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13730

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13319

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18679

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13183

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 20:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru