Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2015
09:57
147
Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə salınıb

Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb. Bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi hər dəfə bir bəhanə ilə məhkəməni uzadır: "Bu dəfə də belə olub. Məhkəmənin uzadılması buna sübutdur. Mən vətəndaşımızın azad olunması üçün çalışıram. Hazırda məhkəmə hakimi ilə danışıqlar aparırıq. Bu çox çətin bir prosesdir. Çox şeyi açıqlamaq istəmirəm. Biz vətəndaşımızı mütləq azad edəcəyik," qubernator bildirib.

Xatırladaq ki, iyulun 23-də Faxralı kənd sakini T. Mikayılov Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb. Artıq Gürcüstan vətəndaşı olan soydaşımızın həbsdə saxlanılmasından 118 gün keçib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
100

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1354
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru