Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
20:24
368
İlham Əliyev: `Qarabağ sözünün erməni dilində heç bir mənası yoxdur`
"Ermənistanın bugünkü ərazisindəki şəhər adları öz mənşəyini Azərbaycan dilindən götürüb"

“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur”.

FaktXəbər-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Parisdə UNESCO Baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışında deyib. Onun sözlərinə görə, ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar: “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur.

Ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar. Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb. Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb. Beləliklə, tarix və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir və sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün, Azərbaycanın hər bir vətəndaşı üçün bir nömrəli məsələdir. Bu faciəvi hadisələrə və bu günədək davam edən işğala baxmayaraq Azərbaycan transformasiyada böyük uğura imza ata bilmişdir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
2

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru