Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
14:07
İŞİD dəhşətləri ilə bağlı kitab və filmin təqdimatı olacaq
Kitabın və filmin müəllifi Səbuhi Məmmədlidir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az İnformasiya Agentliyinin birgə layihəsi çərçivəsində “İŞİD” həqiqətləri: reallıq və miflər” kitabının, habelə “Qara bayraqlı qaranlıq” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə layihənin koordinatoru, kitabın və filmin müəllifi Səbuhi Məmmədli məlumat verib.

Məlumata görə, kitab və film Dövlət Komitəsinin dəstəyi ilə Suriya sərhədindən hazırlanmış və Lent.az-da yayımlanan “3 gün xilafətlə üz-üzə” silsilə yazıların əsasında hazırlanıb. Həmin yazıların qəhrəmanları Suriyanın müxtəlif şəhərlərindən İŞİD zülmündən qaçaraq Türkiyə sərhədinə yığışmış insanlardır. Onlar bəşəriyyətin qara yarasına çevrilmiş bu terror təşkilatının törətdiyi vəhşətlərdən danışır, insanları onların cənnət vədinə inanmamağa çağırırlar.

Xatırladaq ki, “İŞİD həqiqətləri: reallıqlar, miflər” kitabı və “Qara bayraqlı qaranlıq” sənədli filmi Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru