Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2015
15:02
“Sovetski”ni bir də oğrular sökür

Bakının bir zamanlar özünəməxsus qaydaları, “yazılmayan qanunları” ilə idarə olunan “Sovetski” kimi tanınan məhəlləsindən bu gün əsər-əlamət belə qalmayıb. Məhəllə kənardan sanki müharibədən sonra hansısa xarabaya qalmış ölkəni xatırladır. Bir zamanlar kənar şəxslərin girməyə belə cəsarət etmədiyi “Sovetski” dalanlarında, bu gün oğrular “at oynadır” .

Bu barədə məhəllənin hələ orada yaşamağa davam edən sakinləri məlumat veriblər. Sakinlər bildirirlər ki, vəziyyət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxası istiqamətində, məhəllənin söküntülər aparılan dalanlarında daha gərgindir. 

“Sovetski” sakini Kərim Quliyev bildirib ki, ətraf ərazi söküldükdən sonra məhəllədə oğruların da sayı artıb: “Əvvəllər belə şey olmazdı. İndi evlərin bir qismini tam, bir qismini  də yarımçıq söküblər. Bəzi sakinlərin də başqa yerdə evləri olduğu üçün onlar burada qalmırlar. Həmçinin buradakı mənzillərini də sökməyə qoymurlar. Oğrular da baxırlar, hansı evdə yaşayış yoxdursa, girirlər ora. İndi orada yaşayırlar, ya oğurluq edirlər, bilinmir. Şəxsən mən qonşuluqdakı evdən iki yad adam tutmuşam. Gecə yarısı gəlib girirlər evə. Əvvəllər burada hamı bir-birini tanıyırdı. Lap təzə gələn qonşular da getdikcə məhəllənin qayda-qanununa uyğunlaşırdı. Mənzillər söküldükdən sonra bura çox pis günə qaldı. Doğrudur, kommunal xətlərimizə dəyməyiblər. Ancaq buraları elə günə qoyublar ki, yaşamaq olmur. Azkvadratlı mənzil sahiblərinin əksəriyyəti pis vəziyyətdədirlər. Hökumət mənzilin hər kvadratmetrinə 1500 manat verir. Nə köçə bilirik, nə də burada yaşamaq mümkün deyil artıq”.

Digər sakin  Ruslan Ağayev də eyni məsələdən narazıdır. Daha öncə də xəbər verdiyimiz kimi, Ruslan Ağayev oğruların qarşısını almaq üçün ikinci mərtəbəyə it də gətirib bağlayıb. Sakinlər başqa yollarının olmadıqlarını bildiriblər. 

Məsələ ilə bağlı sabiq polis rəisi Mahmud Hacıyev  bildirib ki, əvvəllər buradakı mühit başqa olub: “Hazırda əraziyə baxan hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə məsuliyyət düşür. Onlar öz işlərini planlı şəkildə qurmalıdırlar. Eyni zamanda mövcud coğrafi şəraiti də nəzərə almalıdırlar. Əslində bir məqam da var ki, oğurluq coğrafi şəraitdən bir o qədər də asılı deyil. Şəhərin mərkəzində də oğurluq hallarına rast gəlinir. Ancaq indi oradakı durum məlum səbəblərdən dolayı başqadır. Buna görə də nəzarət gücləndirilməlidir”.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
195

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
501

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
360

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
325

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
236

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
317

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 12:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru