Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2015
16:23
289
Şeyxülislam Qarabağ münaqişəsi ilə bağlı islam dünyasına çağırış edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Şurasının iclasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Şeyxülislam həmin məclisin 50 üzvündən biri seçilib.

Livanın paytaxtı Beyrut şəhərində keçirilən və İslam aləminin nüfuz sahibi olan alimlərin iştirak etdiyi iclasda çıxış edən A.Paşazadə İslam aləminin üzləşdiyi problemlər qarşısında İslam həmrəyliyi, İslam birliyinin, xüsusən məzhəblərarası birliyin daha da möhkəmləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb. Şeyxülislam Azərbaycanda tarixən mövcud olan məzhəblərarası birliyin Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənməsi və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi İslam aləmi üçün nümunə olan birliyin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.

Dağlıq Qarabağ probleminə toxunan A. Paşazadə Azərbaycan ərazisinin beşdə birinin erməni ekstremistləri tərəfindən işğal olunduğunu və bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu, işğal olunmuş ərazilərdə İslam abidələrinin, məscidlərin və ziyarətgahların dağıdıldığını qeyd edərək yığıncaqda iştirak edən alimləri bunu pisləməyə çağırıb. Sonda A.Paşazadə ona böyük etimad göstərilərək İslam Məzhəblərinin Yaxınlaşdırılması Dünya Təşkilatının Ali Məclisinə üzv seçilməsi münasibəti ilə Ali Məclisin baş katibinə, təşkilatın rəhbərinə dərin təşəkkürünü bildirib.

İclas çərçivəsində QMİ sədrinin təşkilatın və Ali Məclisin rəhbərləri ilə, habelə, görkəmli İslam alimləri ilə ikitərəfli görüşləri olub.

Şeyxülislamı həmçinin Livan parlamentinin sədri Nəbih Birri qəbul edib. Görüş zamanı N. Birri Azərbaycanda keçirilmiş parlament seçkilərini yüksək qiymətləndirib və seçkilərin demokratik şəkildə keçdiyini vurğulayıb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə böyük ehtiyac olduğunu, bu sahədə dini liderlərin rolu qeyd olunub.

A. Paşazadə Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri həmsöhbətinin diqqətinə çatdırıb və Azərbaycan xalqının bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu bildirib. Azərbaycanda məzhəblər və dini konfessiyalar arasındakı birlik və əməkdaşlığın çox yüksək səviyyədə olduğunu deyən Şeyxülislam bu birliyin başqa ölkələr üçün nümunə olduğunu xüsusi vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
73

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru