Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2015
12:35
Hakimiyyətdə olan HANNİBALLAR: İnsan ətini sevən ən qəddar diktatorlar
Ürəyi zəif olanlar və həssas insanlar baxmasın!!!

FaktXeber.com olaraq bu gün Sizlərə tarixdə hanniballığı ad çıxarmış XX əsrdə Afrikanın ən qəddar  diktatorları barədə məlumat verəcəyik.

İDİ AMİN

1946-cı ildə savadsız olan və şirin peçenye satan İdi Amin Britaniya ordusuna xidmət etməyə yollanır. Sonralar o, Somalidə döyüşlərdə öz gücü və qəddarlığı ilə ad çıxarır. Bu da onun vəzifə pilləsində addımlamağına səbəb olur. O, əvvəlcə Britaniya Ordusunun zabiti, sonra isə Uqanda ordusunda mayor olur. 1971-ci ilin 25 yanvarında o, Uqanda da çevriliş edir və hakimiyyəti ələ keçir.

Bununla da Afrikada ən totalitar və qəddar rejimin əsasını qoyur. Diktator və adamyeyən, özünü Şotlandiya kralı adlandıran, öz müəllimini və kumirini Adolf Hitler sayan İdi Aminin prezidentlik postunda tam titulu 503 sözdən ibarət idi. Bu Britaniya kralının titulundan 19 söz çoxdur.

Prezidentin titulunda bircə sözü belə unutmaq Uqanda vətəndaşının başının bədənindən ayrılmasına səbəb ola bilərdi.

Özü də düşmənlərinin, yaxud rəqiblərinin başı onun ən  böyük ehtiraslarından biri idi. Ən böyük siyasi rəqiblərindən olan Baş Qərargah rəisi Süleyman Hüseynin başını İdi qənimət kimi öz soyuducusunda saxlayırdı. Diktatoru yaxından tanıyan insanların dediklərinə görə, o, adətən keçmiş silahdaşlarının başını axşam yeməyində masaya «dəvət edərək» söhdət aparırdı.

Çevriliş zamanı İdi Amin yerli sakinlərə özünə səs verməyə təşviq edərkən belə demişdi:  «Mən hamı kimiyəm, Sizin kimiyəm. Mən əsgərlərimin yediyini yeyirəm. Bunu onların özündən də soruşa bilərsiniz.

Öz əsgərlərinə isə general belə öyrədirdi: «Əgər yeməyiniz qurtararsa, gücü itirmək lazım deyil. Yoldaşının əti ilə kəmərinin altını möhkəmlədə belərsən.»

Onun özü də insan ətindən imtina etmirdi. «O, çox duzludu. Hətta bəbir ətindən belə», - deyə o, bildirirdi. – «Müharibə vaxtı, yemək qurtarıbsa və yanında yaralı yoldaşın varsa, yaşamaq üçün onu öldürüb, ətindən yeyə bilərsən».

1971-ci ilin may ayına kimi Amin on mindən çox insanı qətlə yetirdərək, demək olar ki, bütün ali məqamlı ordu komandanlarının heyətini məhv etdi. Öz hakimiyyətinin ilk illərində müxtəlif mənbələrə görə, Amin 300 min -500 min arası Uqanda vətəndaşını öldürtdürüb.

Onların arasından özü şəxsən 2000-ni qətlə yetirib. Öz düşmənlərinin cəsədini o, adətən timsahlara yem edirdi. Amin tərəfindən əlavə edilən 5 saylı dekretə əsasən, Dövlət İstintaq Bürosu öz istəkləri ilə istənilən şəxsi öldürə bilərdi. Mərhumun qohumları ölənin cəsədini ancaq külli miqdarda pul ödəməklə ala bilirdi. Beləliklə İdi Amin büdcəni doldururdu.

Amin hökumətinin sonunda Uqanda dünyanın ən kasıb dövlətinə çevrildi. ÜDM-in 65 faizi orduya xərclənirdi.

1978-ci ildə İdi Amin qonşu Tanzaniya ilə müharibəyə başlayır. Teziklə ordusunun əsası uqandalı miqrantlardan təşkil olunan qonşu dövlət qələbələr əldə etməyə başlayır və özü Uqanda torpaqlarına girir.

1979-cu ilin aprel ayında İdi Amin qaçır. Bundan sonra sabiq diktator Səudiyyə Ərəbistanında yaşamağa başlayır.

O, elə 2003-cü ildə 75 yaşında burada ölür.

Jan Bedel Bokassa

1966-ci ildə  Jan Bedel Bokassa çevriliş yolu ilə Mərkəzi Afrika Respublikasının prezidenti olur. Ali Komandan mundirində əyyaş Bokassanın başdan ayağa xəstə adam olması sivill dünyada heç kəsdə şübhə oyatmırdı. Bokassanın brilliantlarla bəzənmiş sevimli bir bıçağı var idi. O, bununla iki şey edirdi: fincanda qəhvəsini qarşıdırırdı və müxaliflərinə işgəncə verirdi. Ona qarşı müxalifçilikdə şübhəli bilinən istənilən şəxs dərisinin diri-diri  Bokassa tərəfindən soyulacağını dəqiq bilirdi.

Sonradan o, ömürlük prezident oldmaqdan bezir  və hakimiyyətinin 11-ci ilində özünü imperator elan edir. Həmin vaxtı nəyə görəsə ölkənin yeganə diş həkimini edam etdirir. I Bokassanın tacqoyma mərasiminə 22 milyon dollar xərclənir. Bu, ölkənin illik büdcəsinin ¼- qədər idi. Səbəbi isə onun Napaleonun tacqoyma mərasimini müasir surətdə təkrarlamaq istəyi idi.

I Bokassa müxaliflərini quyularda çürüdür və onların ətini timsahlara yem edirdi.

Lakin Bokassanın qəddarlığı bununla bitmir. I Bokassanın devrilməsindən sonra onun soyuducusunda insan orqanizmindən hissələr tapılır. Sabiq imperatorun aşpazı etiraf edib ki, ona ölüm qorxusu altında insan ətindən yemək bişirməyə vadar edirmişlər.

«Hətta bir dəfə Bokassa öz nazirlərindən birinin öldürülməsini istəyib. Bundan sonra onun ətindən nahar hazırlanıb və digər nazirlərə yedizdirildi», deyə aşpaz bildirirdi.

Aşpaz onu da etiraf edir ki, insan ətinin narkomanı olan bu şəxs xarici səfərlərə «şirin donuz ətindən» (insan ətinə belə adlandırırdı) vetçina və kolbasa götüzdürürdü. Bu məmulatlar heç bir şəraitdə xarab olmurdu və cangüdənlər tərəfindən xüsusi çantalarda daşınırdı…

1979-cu ildə Bokassa məktəblərdə vahid forma tətbiqini irəli sürür. Çox bahalı olan bu geyimləri almağa əhalinin gücü çatmır və nümayişlər başlayır. İlk dinc etiraz aksiyasının yatırmaq üçün Bokassa qoşun göndərir. Minlərlə insan balaca təcridxanalara basabasla salınır.

Bundan sonra Bokassa içkili halda təcridxanaya gəlir. İki gündən sonra imperator ordan çıxanda, təcridxanada 100 cəsəd olur. Məktəbli forması geyinmək istəməyən yüzlərlə uşaq isə prezident sarayının qarşısında yerə uzadılır, Bokassa isə yük maşını ilə onların üstündən keçir. Sağ qalanları isə bu vəhşi insan döyərək öldürür.

Bundan sonra da Bokassa rejimini dəstəkləmək Fransanın nüfuzdan sala bilərdi. Bir aydan sonra Bokassaya həyat yoldaşı ilə birlikdə getməyə izn verən fransalı hərbçilər ölkədə çevriliş edirlər.

Bundan sonra ölkəyə geri dönən Bokassa onu sevinclə qarşılayacaqlarını düşünür. Lakin sabiq imperator dərhal həbs edilir. Soyqırım və insan ətini yeməyinə görə ölüm hökmünə məhkum edilir. Lakin bu, sonradan 20 illik katorqa rejimli həbslə əvəzlənir.

Məhkəmə zamanı onun yanında olanların şahidliyi bütün dünyada böyük səs-küyə səbəb olur. Sən demə o, təkcə nifrət elədiyi insanların deyil, həmçinin çox istədiyi insanların əti ilə qidalanırdı…

Sonralar sabiq diktatorun cəzası 10 ilə salınır. Sonralar isə ümumiyyətlə azadlığa buraxılır. Bokassa 1996 –ci ildə 75 yaşında ölür.

Çarlz və Çaki Teylorlar

1989-cu ildə Liberiyanın gələcək diktatoru Çarlz Teylor Liberiya Milli Patriot Cəbhəsi adlı güclü gizli bir qruplaşma yaradır. Bundan sonra hakimiyyəti ələ keçirmək üçün mübarizəyə başlayır. Liberiyada vətəndaş müharibəsi başlayır.

Bu, Afrikanın ən qanlı müharibələrindən biri olur. Əsas hədəf isə zəngin almaz mədənləri idi. Ən ağır vəziyyətə isə Syerra Leona şəhərinin sakinləri düşür. Teylor silahdaşları ilə birlikdə 200 min insanı qətlə yetirir. Milyonlarla bədbəxt insan öz evlərini tərk etmək məcburiyyətində qalır. Kim güllənərək ölmə «xoşbəxtliyinə» nail olmurdusa, onu ağır işgəncələr gözləyirdi.

Silahlılar bütün kəndi sakinləri ilə birlikdə yandırırdılar.

Əsirlərin əlləri və ayaqları balta ilə kəsilirdi, qadınlara təcavüz edilirdi, balaca uşaqlar zorla orduya yazılırdı.

Çarlz məhz həmin dövrdə insan ətinə aludə olur. Aşpazlar hər gün ona müxtəli insanların ətindən bifştekslər hazırlayırdılar.

Diktatorun sağ əli isə oğlu Çaki olur. O, yeniyetmələrdən cəzavermə bölməsi yaradır.

Atasının rejimindən narazı olan şəxsləri qətlə yetirməklə məşğul olurlar. Narazı insanların sayı isə az deyildi: İşsizlər, minlərlə ac insan etiraz edənlərin cərgəsini doldururdu. Çakinin dəstəsi isə onlarla amansız mübarizə aparırdı.

Kiçik Teylor işgəncələrdən həzz aldığını gizlətmirdi. O, hər dəfə yeni işgəncə növü ixtira etməyi sevirdi. Ərimiş plastması şəxsən özü qurbanının kürəyinə tökür, qaynar suda qaynadır, ağır dəmirlərin altında əzirdi. Ən sevimli əyləncəsi isə düşmənlərinin başını kəsmək idi. Ah nələ, inilti, vəhşi qışqırtı Çakın ən sevimli musiqisidi idi.

Bəzən o, üç gözəl sifariş edir, şəxsən onlara təcavüz edir, sonra isə sevimli aşpazı Çakiyə onların ətindən qızartma hazırlayırdı. Çaki isə viski içərək bu «təamlardan» qidalanırdı.

1999-cu ildə diktatorun müxalifləri mövcud rejimə qarşı mübarizəyə başlayırlar və 2003-cü ildə Çarz Teylor təkcə paytaxta nəzarət edə bilirdi. Sonradan o, Nigeriyaya qaçır və 2006-cı ilə kimi orada qalır. Bundan sonra o, həbs olunaraq Haaqa tribunalına verilir. Ona 11 maddəlik cinayət işi açılır. Bunlardan ən əsası, insanların kütləvi qətli, qeyri-qanuni almaz və narkotik alveri, insanları seksual köləliyə məcbur etmək, vəhşicəsinə işkəncələr etmək, uşaqları ölkədaxili münaqişələrdə istifadə etmək və adam əti yeməkdə ittiham olunur. Çalz Teylor 50 il müddətinə azadlıqdan məhrum edilir.

Diktatorun oğlu Çaki ABŞ-a qaçsa da həbs olunur və 97 il müddətinə azadlıqdan məhrum edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
389

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
290

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
301

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
277

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
402

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
381

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
581
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 14:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru