Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2015
13:00
323
Azərbaycanın bəzi ərazilərində sürüşmə sahələrində aktivlik yaranıb

Azərbaycanın bir sıra ərazilərində sürüşmə sahələrində aktivlik yaranıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Ə.Piriyevin sözlərinə görə, Bakı-Şamaxı yolunun 106, 109, 111-ci km-lərində sürüşmə sahələrində müəyyən qədər aktivləşmə müşahidə edilir: "Şamaxının Muğanlı kəndində, İsmayıllı rayonunun Xankəndi kəndində və Ağsu aşırımındakı sürüşmə sahələrində çatlar müəyyən qədər genişlənib. Ağsu aşırımında isə sürüşmə sahələrində fəallşama müşahidə edilir. Hələlik güclü yağışlar yoxdur, həmin ərazilərdə ağır tonajlı maşınlar hərəkət etmir. Ona görə də sürüşmə sahələrində aktivləşmə hələlik çox cüzi müşahidə edilir, sürüşmələrin dinamikası ötən ildəkindən çox zəifdir. Ola bilər ki, gələcəkdə güclü yağışlar yağsa, aktivləşmə arta bilər".

Nazirlik rəsmisi ölkənin digər yollarında, eləcə də dağlıq ərazilərdəki sürüşmə sahələrində hələlik sabitliyin müşahidə edildiyini da əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
9

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
102

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1383
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru