Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2015
12:23
4,5 minə yaxın əlil və şəhid ailəsini birdəfəlik maddi yardım verilib

Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 4,5 minə yaxın əlilliyi olan şəxsi və şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ƏƏSMN tərəfindən sosial cəhətdən həssas qruplardan olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi istiqamətində işlər cari ilin 9 ayında da davam etdirilib.

Bu dövrdə “2015-ci il ücün əlillərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı cərcivəsinə sosial müdafiəyə daha çox ehtiyacı olan 400 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib. Habelə 14 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına, Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın müvafiq rəyi əsasında 39 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım ödənilməsi qaydasında köməklik göstərilib.

Yanvar-sentyabr aylarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib. Həmçinin 15 Sentyabr–Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa görə həmin ailələrə birdəfəlik maddi yardım verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
745
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 08:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru