Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2015
10:20
673
Azərbaycanlı İŞİD-çi ilə bağlı açıqlama

Türkiyə tərəfi Azərbaycan vətəndaşlarının və ya milliyyətcə azərbaycanlı şəxslərin Türkiyədəki terror hadisələrində iştirakı ilə bağlı Azərbaycan tərəfinə heç vaxt sorğu ilə müraciət etməyib.

Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC-yə bildirib.

Türkiyə mətbuatı Ankarada ötən bazar günü baş vermiş partlayışa görə Ülkər Məmmədova adlı bir qadının da aralarında olduğu 21 nəfərin axtarıldığına dair məlumat yayıb. Həsən Zeynalovun sözlərinə əsasən, konsulluğun bir əməkdaşı "Ülkər Məmmədovanın Azərbaycanla bağlılıq məsələsini Türkiyə tərəfi ilə araşdırmaq üçün təlimatlandırılıb".

“Biz də adıçəkilən şəxsin Azərbaycanla bağlılğı məsələsinin araşdırılmasında maraqlıyıq. Ülkər Məmmədovanın azərbaycanlı ola bilmə ehtimalı yalnız bizim mətbuatda gedib. Türkiyə mətbuatında isə sadəcə qadının ad-soyadı verilib, milliyyəti və ya vətəndaşlığı ilə bağlı heç nə yazılmayıb",- deyə baş konsul bildirib.

"Bununla bağlı müəyyən dairələrə sorğu vermişik. Bu sorğuya cavab verilməsini gözləyirik. Baş konsulluq olaraq bölgədə baş verən terror hadisələri ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanları ilə mütamadi çalışırıq",- deyə baş konsul əlavə edib.

Türkiyə paytaxtı Ankarada şənbə günü baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın insan həlak olub. Türkiyənin baş naziri Əhməd Davudoğlunun bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İŞİD terror qruplaşmasının üzərinə düşür. İndiyədək heç bir qrup törədilmiş partlayışlara görə məsuliyyəti üzərinə götürməyib, lakin hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şəkidən olan ana fəryad edir - VİDEO

21

May
08:36
HÜQUQ,HADİSƏ
368

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
100

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1352
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru