Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2015
20:48
Bakının iki polis bölməsində çatışmazlıqlar aşkarlanıb

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Qaradağ Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 10-cü polis bölməsinə, habelə Səbail RPİ-nin müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 8-ci polis bölməsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirib. Bu barədə FaktXəbər-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, MSY-lərin bütün kameralarına baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.

MSY-də saxlanılan şəxsləri MPQ üzvləri fərdi qaydada qəbul edib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilibr. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.

Həmin rayon polis idarələrinin MSY-lərin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, o cümlədən xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Qaradağ RPİ-nin 10 və Səbail RPİ-nin isə 8-ci polis bölmələrinə keçirilən başçəkmə zamanı isə saxlanılan şəxs aşkar edilməyib, sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3652

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2708

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2107

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1826
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 09:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru