Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2015
22:27
792
Azərbaycanda idmançılar qəzaya düşdü - FOTO
Qəza zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdı

Ağdamda ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarında rayonun Quzanlı qəsəbəsi ərazisində Bərdə istiqamətində hərəkətdə olan mikroavtobus, “Lada Priora” markalı avtomobillə toqquşub.

Yoldan çıxan mikroavtobus bardurlara çırpılaraq dayanıb. Yeniyetmə idmançıların olduğu mikroavtobusda 5 nəfər xəsarət alıb. Yaralılardan 4-ü, 17 yaşlı Kərimli Kərim, 16 yaşlı Ruslan Məhərrəmov, 13 yaşlı Eltac Fərəcov, 10 yaşlı Sahib Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam MRX-na çatdırılıb.

Qapalı kəllə beyin travması alan 17 yaşlı İlkin Quliyevin vəziyyəti ağır olduğundan Bərdə MRX-na gətirilib. 

Mikroavtobusu idarə edən Şahbaz İbrahimovun sözlərinə görə yeniyetmələr Ağdam Olimpiya Komitəsindən məşqdən qayıdırmış. Hadisə yerinə Ağdam rayon PŞ-nin DYP bölməsinin əməkdaşları gəlib.

Hazırda baş vermiş qəzayla bağlı araşdırma aparılır. 


Yaralıların dördü Ağdam MRX-na çatdırılıb

Bərdəyə gətirilən İlkin Quliyevin vəziyyəti ağırdı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
54

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
128

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2017

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
478

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
145

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru