Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2015
13:15
1222
Azərbaycanlıların qəbirləri dağıdıldı (FOTO)

Vandalizm aktı naməlum adamlar tərəfindən oktyabrın 6-dan 7-nə keçən gecə baş verib. Vandallar 12 qranit başdaşını dağıdıb. Dağıdılanlar arasında Böyük Vətən Müharibəsi veteranlarının qəbirüstü abidələri də var. Onların abidələri fərqləndirici ulduz nişanı ilə seçilir. Bəzi başdaşıların sahibləri hələ müəyyən edilməyib. Fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən yoxlama aparılır. Qəbiristanlıqda bərpa etmə işlərini sabaha başa çatdırmaq planlaşdırılır.

Mahaçqalanın başçısı səlahiyyətlərini müvəqqəti icra edən Musa Musayev memorialda və ona yaxın ərazidə mühafizənin gücləndirilməsi göstərişini verib. ANSPress-in məlumatına görə, bundan başqa, Mahaçqala hakimiyyəti məktubla polis şöbəsinə müraciət edərək, hadisənin gunahkarlarını tapmağı xahiş edib.

"Mütləq bu əclafları tapmaq və cəzalandırmaq lazımdır", - deyə paytaxt merinin səlahiyyətlərini icra edən Musa Musayev bildirib.

Dağıstanda bu il artıq bir neçə dəfə vandalizm aktları baş verib. Sonuncu dəfə yanvar ayında Dərbənddə naməlum adamlar Şixsalah qəbiristanlığında Seyid Mir-Qafar ağanın məqbərəsini dağıdıblar.

Seyid qəbrinin dağıdılması yerli əhali arasında da kəskin etiraza səbəb olub. Hadisədən dərhal sonra mitinqə çıxmaq istəyən soydaşlarımızın qarşısı son anda yerli azərbaycanlı liderlər tərəfindən alınıb. Lakin soydaşlarımızın qəzəbi hələ də keçməyib.

Bu yer şiə müsəlmanları tərəfindən müqqəddəs sayılır. Əsasən Dərbənddə yaşayan azərbaycanlılar bura daha çox ziyarətə gəlir. Şəhər sakinləri polisdən vandalizm aktını törədənləri tezliklə tapmağı tələb edib . Həmçinin Rusiyada yaşayan Azərbaycan diaspor nümayəndələri Dağıstan başçısı Ramazan Abdulatipova vandalları tapıb cəzalandırmaq xahişiylə müraciət edib.

FaktXəbər-in verdiyi məlumata görə, Dağıstan rəhbərliyinə Ramazan Abdullatipov gəldikdən bu yana Dərbənddə yaşayan azərbaycanlılara qarşı təzyiqlər artıb. Buna misal olaraq dərbəndlilərin qanuni yolla seçdiyi şəhər meri, əslən azərbaycanlı olan Qurban Qurbanovun qeyri qanuni yolla, təzyiqlə vəzifədən uzaqlaşdırılması və ona yaxın adamların bu günə qədər təzyiq altında saxlanılmasını göstərmək olar

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1332

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
171

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru