Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2015
21:13
833
VİDEO: Azərbaycan rayonları su altında qaldı

Bölgələrdə ötən gün axşam saatlarından başlayan yağış gecə saatlarında güclənib. Cənubda və aran bölgəsində leysan yağışları nəticəsində həyətlərə su dolub. Bəzi ərazilərdə elektrik verilişi dayanıb.

Gecə saatlarından başlayan güclü yağış selə səbəb olub.Görüntülər Mingəçevirdəndir. Günəşli bağlar massivində Sel nəticəsində sakinlərin evlərinə, həyətyanı sahələrə, su dolub. Evlərin içərisini, zirzəmisini palçıqlı su basıb. Şəhərin bəzi küçələrinə də sel suları dolduğundan nəqliyyat vasitələri hərəkətsiz qalıb.

Güclü yağış Yevlax şəhərində bir sıra fəsadlar törədib.elektrik enerjisinin verilməsində fasilələr olub. Avtomobillər hərəkət etməkdə çətinlik çəkib.

Fasiləsiz yağan yağışlar Goranboyda da Goran və Qaraçay çayında daşqınlar yaradıb. Məcrasından çıxan çay ona yaxın yaşayış məntəqəsinə axıb. Evlərin zirzəmisi su ilə dolub. Ev quşları arasında tələfat olub.

İntensiv yağışlar nəticəsində Lənkəranda bəzi həyətyanı sahələri su basıb elektrik enerjisi kəsilib .Yağışlar səbəbindən Lənkəran-Lerik yolunda sürüşmə aktivliyi artıb.

Güclü yağış Göyçayda da təsirli olub. Dağlardan gələn sel suları şəhərin şimalındakı fərdi həyətyanı sahələrə, Qarabaqqal və Ərəbcəbirli kəndlərində dağətəyi ərazidə yerləşən evlərə dolub. Selin olduğu rayonlarda Fövqəladə Hallar Komissiyasının əməkdaşları ərazilərə baxış keçiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
51

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
87

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
61

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1009

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
77
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru