Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2015
21:35
ŞOK iddia: Polis bölməsində insidet ölümlə nəticələndi

Sentyabrın 27-də Sabunçu xəstəxanasında əməliyyat olunan şəxs ölüb. Ölən şəxs 1983-cü il təvəllüdlü Şaiq Sadıqovdur. O, baş-beynin əzilməsi, boyundaxili hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Sentyabrın 26-da əməliyyat olunan Şaiq Sadıqov sentyabrın 27-nə keçən gecə xəstəxanada ölüb. 

Mərhumun ailə üzvləri musavat.com-a bildiriblər ki, Ş.Sadıqov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində döyülüb. Ş.Sadıqov ağır vəziyyətdə yaxınlıqdakı 3 saylı Sabunçu Rayon Xəstəxanasına gətirilib və orada da vəfat edib.  

Kəlbəcər köçkünü və şəhid ailəsinin üzvü olan Şaiq Sadıqov polis bölməsinə yaşadığı Ramana qəsəbəsində yerləşən Şuşa qəsəbəsindən gətirilib.  

Ş.Sadıqovun ölümündən sonra onun ailə üzvləri ötən gecə 12-ci polis bölməsinin qarşısına toplaşıblar. Onlar baş vermiş hadisənin günahkarı olan polis əməkdaşlarının qanun qarşısında cavab verməsini tələb ediblər. Narazı kütləni sakitləşdirmək üçün polis bölməsinin qarşısına əlavə polis qüvvəsi cəlb olunub. Gərgin gecədən sonra, ailə üzvləri sakitləşdirilərək evlərinə göndərilib. Onlardan bir qrupu bölməyə dəvət edilib, şikayətləri dinlənilib. 

Mərhumun yaxınları Ş.Sadıqovu polis bölməsinə Aydın və İldırım adlı polis əməkdaşlarının apardıqlarını bildiriblər. İddiaya görə, Ş.Sadıqov polis bölməsində həmin polislər tərəfindən döyülüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4680

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 09:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru