Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2015
12:25
742
Azərbaycanda qadınlardan ibarət cinayətkar dəstə tutulub - FOTO

Ağdamda qadınlardan ibarət olan oğurluqla məşğul olan dəstə saxlanılıb. "Report" xəbər verir ki, Ağdam sakini Fərhad İsmayılov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan kişi geyimlərinin oğurlandığını bildirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 50 yaşlı Sona Nadirova, 48 yaşlı Qumru Nadirova, 40 yaşlı Gülnaz Seyidova və 50 yaşlı İsmayıl Nadirov şübhəli şəxs qismində saxlanılıb.

İsmayıl Nadirovun avtomobilinə baxış keçirən zaman avtomobildən oğurluq  paltarlar aşkar edilib. İlkin dindirilmə zamanı saxlanan şəxslər əməllərini etiraf ediblər. İstintaq zamanı onların qohum olduğu, eyni zamanda qadınların başqa dükanlardan da oğurluq etdiyi məlum olub. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1331

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
170

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru