Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2015
12:45
4079
Yeni televiziya və radio ilin sonuna kimi yayıma başlayacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilin sonuna kimi ümumrespublika radio yayımına başlayacaq. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, "ASAN xidmət"ə 100 MHs tezliyində ümumrespublika radio yayımı, "CBC Sport" MMC-yə isə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Ancaq yayıma başlamaq üçün ilk 6 ay ərzində Dövlət Agentliyi, eləcə də televiziya kanalı texniki imkanlarını formalaşdırmalı, kadr potensialını toplamalıdır: "Yəqin ki, ilin sonuna kimi yeni televiziya və radio yayıma başlayacaq".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru