Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2015
23:05
1145
ABŞ səfiri Qarabağ münaqişәsinin hәllindən danışdı

Dağlıq Qarabağ münaqişәsinin hәlli istiqamәtindә hazırda addımlar atılır.

Bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. 

O bildirib ki, bu istiqamәtdә ABŞ-ın ATӘT-in Minsk Qrupundakı hәmsәdri digәr hәmsdәrlәrlә birlikdә ciddi sәylә çalışır: 

“BMT Baş Assambleyası çәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk. Cәnab Uorlik iyul sәfәrindә burada mәcburi köçkünlәrlә görüşüb.  Burada söhbәt münaqişәdәn  әziyyәt çәkәn insanlardan gedir. Bunun hәll olunması üçün addımlar atılmalıdır. Azәrbaycanda isә bundan әziyyәt çәkәn 1 milyon qaçqın var”. 

 

Sәfir nazirlәrin Nyu-Yorkda keçiriləcək görüşünə münasibət bildirərək, tәrәflәrə danışıqların davam etdirilmәsi üçün şәrait yradılmasının vacibliyini qeyd edib. 

R.Sekuta qeyd edib ki, Birlәşmiş Ştatlar Azәrbaycanın müstәqillik  qazandığı ilk gündәn demokratiyanın inkişafı, keçirilən hәr seçkinin demokratiyanın inkişafına doğru daha bir addım olması üçün әmәkdaşlıq  edib: 

“Azәrbaycan prezidenti İlham Әliyev 1 noyabr seçkilәrinin  azad vә әdalәtli keçirlәcәyini bәyan edib. Biz dә bunun tәrәfdarıyıq”.

 

O bildirib ki, ABŞ Azәrbaycan hökumәtinin demokratiya vә insan haqları sahәsindә atdığı addımlarla bağlı hökumәt ilә işlәyir : 

“Biz davamlı olaraq bu  sahәdә hökumәtlә söhbәtlәr aparırıq. Biz Azәrbaycanla azәrbaycanlıların görmәk istәdiyi güclü Azәrbaycan naminә işlәmәyә hazırıq”.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
27

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
29

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
112

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru