Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2015
12:55
Maşınının nömrəsi 99-la başlayan sürücülərin nəzərinə - VİDEO

Dünən etibarən paytaxt Bakıya digər şəhər və bölgələrdə qeydiyyatda olan avtomobillərin buraxılması ilə bağlı olan qadağa qüvvəyə minib. Bakı qeydiyyatı olmayan maşınlar şəhərə buraxılmayıb. Şəhərin həm şimal, həm də cənub girişlərində müxtəlif postlar qurulub. Sürücüləri düşündürən daha bir məsələyə aydınlıq gəlib. Söhbət 99 seriyası ilə başlayan avtomobillərin Bakıya buraxılıb-buraxılmamasındən gedir.

Səhər saatlarından etibarən digər şəhər və rayonlarda qeydiyyatda olan avtomobillərin Bakıya daxil olmasına icazə verilməyib. Paytaxta avtomobillərin girişinə nəzarət gücləndirilib.

Bu arada mübahisələrə səbəb olan 99 seriyası ilə bağlı məsələyə də Baş Dövlət Yol Polis idarəsi münasibət bildirib. Çünki bu seriya ilə başlayan avtomobilərin bir qismi paytaxtda, digər qismi isə bölgələrdə qeydiyyatdadır. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsininin rəhbəri Kamran Əliyevin sözlərinə görə həmin avtomobillərin harda qeydiyyatda olmasını dəqiqləşdirmək üçün xüsusi prosedur tələb edilir. Həmin prosedur hazır olana qədər bu avtomobillərin şəhərə sərbəst girişi təmin ediləcək.

Çəkiliş zamanı müşahidə etdik ki, Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin girişinə heç bir məhduddiyyət yoxdur. Ərazidə olan yol polisi əməkdaşlarının verdikləri məlumata görə Abşeronda qeydiyyatda olan maşınların girişinə icazə verilib.Bu da postun yerləşdiyi ərazidən sonra bəzi sakinlərin evlərinin yerləşməsi ilə izah edilir.

Bakıya buraxılmayan avtomobillər yeni yaradılmış duracaqlarda park ediliblər.

Duracaqdan 20 yanvar metrostansiyasına doğru hərəkət etmək üçün nəzərdə tutulmuş yeni 203 saylı avtobuslar da fəaliyyətə başlayıb.Bundan əlavə duracaqda təcili tibbi yardım maşını da növbə tutub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20207

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18812

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20157

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19738

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25271

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19726

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19881
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 20:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru