Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2015
10:48
239
Yol polisindən sürücülərə məktəb MÜRACİƏTİ
"Valideynlər övladlarına mənfi nümunə olmasınlar"

Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması və şəhərdə gözlənilən nəqliyyat sıxlığı ilə bağlı sürücülərə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, sentyabrın 15-də Bakıda nəqliyyat sıxlığının yaranacağı gözlənilir: "Bunun qarşısını almaq üçün əvvəlcədən şəhərə gəlmək istəyən rayon qeydiyyatlı nəqliyyat vasitələri ilə bağlı tədbirlər görüldü və artıq şəhərin hər iki girişində bu avtomobillər üçün pulsuz duracaqlar yaradılıb. Vətəndaşlar həmin duracaqlarda avtomobillərini saxlayaraq ictimai nəqliyyat vasitəsi ilə mərkəzə gələ bilərlər. Eləcə də şəhər sakinlərindən xahişimiz odur ki, fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, dayanma-durma işarəsinin təsir dairəsində avtomobil saxlamasınlar. Həm də yolun ikinci cərgəsində maşını saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətini iflic etməsinlər".

K.Əliyev əlavə edib ki, valideynlər sürücülük mədəniyyətləri ilə övladlarına müsbət nümunə olmağa çalışmalıdır və onların gələcəkdə yol mədəniyyətinə sahiblənməsinə yardımçı olmalıdırlar: "Həm də kiçik yaşlı məktəblilər diqqətdə saxlanmalıdır, onların yolun hərəkət hissəsinə çıxması, nəzarətsiz qalmaları ağır fəsadlara yol aça bilər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
279

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
169

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
253

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
186

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
198

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
181

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
202
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 03:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru