Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2015
16:37
Milli Məclisə `Eynəklər haqqında` qanun layihəsi təqdim olunacaq

Milli Məclisin Sosial siyasət komitəsi eynəklərlə bağlı yeni qanun layihəsi hazırlamağa başlayıb.Bu sənədin "Eynəklər haqqında" qanun layihəsi adlandırılması nəzərdə tutulur. Qanun layihəsinin Milli Məclisin növbəti sessiyalarında müzakirələrə təqdim olunması gözlənilir.

Qanunun qəbul edilməsində məqsəd insanları həkim məsləhəti olmadan eynək, gözlük və linzalardan istifadə etməkdən çəkindirməkdir. Qeyd olunur ki, eynəklərdən düzgün istifadə etməmə insan üçün növbəti fəsadların yaranmasına səbəb olur.

Oftalmoloq-cərrah Azər Kərimov da təklif olunan qanunun bu gün üçün vacib olduğunu hesab edir. O, açıqlamasında eynək, gözlük və linzalardan istifadədən əvvəl həkim məsləhəti almağın mütləq vacib olduğunu qeyd edib: "Azərbaycanda optikalarda cihazlar qoyub, eynəklər təyin edib insanlara verirlər. Bir çox ölkələrdə, misal üçün, elə Türkiyədə optikanın özünün eynək təyin edib insanlara satması qadağandır".

A.Kərimov bildirib ki, eynəklər ilk növbədə həkim tərəfindən təyin olunmalıdır və optika da ona uyğun eynəyi verməlidir: "Eynəklərin düzgün seçilməməsi müxtəlif problemlərə, xüsusən də uşaqlarda gözdə çəpliyin yaranmasına səbəb ola bilər".

Oftalmoloq ölkəmizdə geniş satılan ucuz qiymətli gün eynəklərinin də insan üçün ziyanlı olduğunu bildirib: "Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan olur. Onların işıq keçiriciliyi fərqli olur. Yəni tam şəffaf olmadığına görə az işıq keçirir və buna görə də fokuslanma prosesində problemlər əmələ gəldiyi üçün insanda başağrısı, başgicəllənməsi yaradır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
434

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
367

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 21:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru