Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2015
10:10
«Azəryolservis»in bəzəyi avtobus sürücülərinə lazım olmadı - FOTO
Qanunvericilikdə yolun harasında, hansı məqsədlə, hansı nişanlanmanın çəkilməsi kifayət qədər aydın təsbit olunur, amma…

Son günlər Bakı şəhərinin bəzi küçə və prospektlərində avtobus dayanacaqlarının işarələnməsi ilə bağlı yeniliklərin edildiyi barədə məlumatlar yayılmaqdadır. Mətbuatda dərc olunan məlumatı təhlil etdikdə aydın oldu ki, söhbət dayanacaq ərazilərindəki asfalt örtüyə yeni nişanlanmanın çəkilməsindən gedir. Bu yeniliyin nədən ibarət olduğunu yerində aydınlaşdırmaq üçün paytaxtın bir neçə küçəsinə baş çəkdik.

Gördüklərimiz bizdə xəcalət dolu təəssüf hissi yaratdı. Hətta belə sual da yarandı: Görəsən, Bakı şəhərində asfaltı bu qaydada kimlər bəzəyir? Axı qanunvericilikdə yolun harasında, hansı məqsədlə, hansı nişanlanmanın çəkilməsi kifayət qədər aydın təsbit olunur. Məgər bu qanunvericiliyə riayət etmək çətindirmi? Yoxsa, səhər kim tezdən oyanıbsa, bir çəllək boyanı özü ilə götürərək asfaltın ora-burasına sürtməklə yol hərəkətini təşkil etdiyini düşünənlər var?

Gördüyümüz mənzərə doğurdan da acınacaqlıdır. Bəli, yol kənarında hətta monitoru da olan gözəl dayanacaq quraşdırılıb.

Onun qabağına 1.17 nişanlanması, yəni sarı ziq-zaq xətt çəkilb. Bunlar əla. Amma bundan sonrası biabırçılıqdır. Həmin sarı ziq-zaqa çata-çatda asfalta böyük “A” hərfi çəkilib. Yəqin demək istəyirlər ki, bura avtobus dayanacağıdır. Amma bunu belə demirlər. Oranın avtobus dayanacağı olduğunu bildirmək üçün tətbiq edilməli olan əsas texniki vasitə 5.12 - “Avtobusun və ya trolleybusun dayanacaq yeri” nişanıdır. Müşahidə etdiyimiz dayanacaqların heç birində 5.12 nişanı yoxdur. Bəlkə də həmin dayanacaqların işarələnməsi ilə məşğul olanlar bu sadə nişanı bərbəzəkli dayanacağa layiq görmədiklərindən vəziyyət belədir.

Amma əsas hüquqi əhəmiyyət daşıyan məhz bu nişandır. 5.12 nişanı yazıya əlavə etdiyimiz şəkildə göstərilən qaydada hər bir dayanacaqda mütləq asılmalıdır. Bu nişan olmayan yerə heç kəs dayanacaq deyə bilməz. Bunu mütləq və qorxmadan etmək lazımdır çünki nişan dayanacağı yaraşıqdan salmaz. 

İkinci qüsur həmin “A” hərfidir, çünki bizim doğma “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsi və 5 saylı Əlavəsi asfalta çəkilə biləcək bütün nişanlanmaları aydın şəkildə verir. Onların arasında “A” nişanlanması yoxdur. Əgər bunu edənlər qanuna diqqətlə baxsalar, görəcəklər ki, orada şəklə əlavə etdiyimiz “BUS” (sovet dövründə “BUS”un əvəzinə “A” var idi) nişanlanması var. Amma bu nişanlanma avtobus dayanacaqlarını işarələmək üçün deyil. Onun təyinatı küçə və prospektdə ayrıca avtobus zolağını işarələmək üçündür. Ayrıca avtobus zolağı isə küçə və ya prospekt boyu uzanıb gedir (hazırda Bakıda belə ayrıca avtobus zolağı yoxdur).

Bu məsələ ilə bağlı müşahidə apararkən Şərifzadə küçəsinin başlanğıcında başqa bir maraqlı halla da qarşılaşdıq. Orada “cib” tipli avtobus dayanacağı meydançası yaradılıb. Amma maraqlıdır ki, müşahidə apardığımız müddət ərzində oradan keçən 10-a yaxın avtobusdan heç biri həmin “cib”ə girmədən əsas zolaqda dayanırdılar. Sanki sürücülər “cib”ə girməmək üçün söyüş qoyublar.

Ümumiyyətlə, yollarımızın nişanlanmasındakı ümumi vəziyyət xeyli bərbaddır. Bunun səbəbi isə birmənalı olaraq həmin işdəki pərakəndəlikdir. Bizdə olan məlumata görə, yollarda nişanlanmaların çəkilməsi ilə ən azı üç qurum məşğul olur: “Azəryolservis” ASC, Bakı  şəhər İcra hakimiyyəti və Baş DYP İdarəsinin “Siqnal” İdarəsi. Amma mövcud qanunvericiliyə əsasən, yollarda istənilən nişanlanma xəttinin çəkilməsi yalnız Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasınn qərarı əsasında və Baş DYP İdarəsinin “Siqnal” İdarəsi tərəfindən həyata keçirilməlidir. Hesab edirik ki, qanunvericiliyin bu tələbinə riayət edilsə, yolların nişanlanması ilə bağlı pərakəndəlik istisna edilər, qanunvericiliyə zidd olan, hərəkət iştirakçılarını çaşdıran və bizə təəccübləndirən nişanlanmalara rast gəlinməz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19792

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18392

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19742

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19313

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24856

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19311

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19456
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 06:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru