Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2015
20:34
446
Ekologiya Nazirliyi Xəzərdə balıqların kütləvi ölümünə münasibət bildirdi

"Xəzər dənizində balıqların kütləvi ölümü ilə əlaqədar Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən faktla bağlı aparılan monitorinqlərin nəticələrinə görə, Xəzərin Azərbaycan sektorunda balıqların ölümü qeydə alınmayıb".

Bunu Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova havaların isti keçməsi ilə əlaqədar Xəzər dənizinin Mahaçqala hissəsində balıqların kütləvi ölümünün baş verməsinə və eyni halların Xəzərin Azərbaycan sektorunda müşahidə edilib-edilməməsinə münasibət bildirirəkən deyib.

İ.İbrahimova bildirib ki, Xəzər dənizinin şimal hissəsi Orta və Cənubi Xəzərə nisbətən daha az dərinliklərlə xarakterizə olunduğundan suyun hərarətinin kəskin yüksəlməsi burada oksigen qıtlığı və balıqların ölümü ilə nəticələnə bilər: “Ümumiyyətlə, yay aylarında isti hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar balıqlarda oksigen aclığı baş verir və balıqlar oksigen catışmazlığı və istidən tələf olurlar. Xəzərin Azərbaycan hissəsində balıqların ölümü faktı qeydə alınmayıb”.

Xəzərin Azərbaycan sektorunda balıqların ölümü faktının qeydə alınmamasının səbəbini açıqlayan İ.İbrahimova əlavə edib ki, Azərbaycanda isti hava şəraiti Dağıstanla müqayisədə daha tez müşahidə edilir: "Nəticədə Xəzərin Azərbaycan sektorunda sular daha tez qızmağa başlayır. Balıqlar da aktiv üzən su bioresurslarına aid olduğundan öz miqrasiya yollarını dəyişib daha dərin suları seçiblər və ya şimala doğru gediblər. Mütəxəssislərin rəyinə görə havalar isti olduğundan balqıların ölümü tam təbiidir. İsti yay günlərində belə hallar baş verə bilər".

Xatıqladaq ki, Rusiya Balıqçılıq Qərbi Xəzər Ərazi İdarəsinin Mahaçqala rayonlararası şöbəsinin rəisi Ənvər Zahidov Rusiya mətbuatına verdiyi açıqlamada anomal hava şəraiti ilə əlaqədar Xəzər dənizində balıqların kütləvi məhvinin baş verdiyini söyləyib. Onun sözlərinə görə, ölən balıqlarda hər hansı parazit xəstəlik və infeksiya aşkar edilməyib. Anomal istilərdən başqa, oksigen çatışmazlığı da balıqların məhvinin səbəbi kimi göstərilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
265

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1889

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
408

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1350

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
479
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 09:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru