Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2015
12:01
575
Bakıda ayıq sürücünü evinə aparan sərxoş sürücü saxlanıldı - VİDEO

Gecə saatlarında Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə bir neçə sürücü gətirilib.

Yol-patrul xidmətinin əməkdaşları Xosrov Elxan oğlu Soltanovu sükan arxasında mobil telefondan istifadə etdiyi üçün saxlayıblar. 

Lakin onun həm də sərxoş olduğu müəyyən edilib.

Məntəqəyə gətirilən Xosrov Soltanovun sərxoş olması öz təsdiqini tapıb.

Sürücülər Mətləbəli Abbasov və İsmayıl Namazov isə təhlükəsizlik kəmərindən istifadə etmədiklərinə görə saxlanılıblar.

Sürücü İsmayıl Namazovun başına gələn hadisə əsl macəra sayıla bilər. Spirtli içki qəbul edən İsmayıl Namazov ayıq sürücü xidmətindən istifadə edib. Lakin evlərinə çatanda İsmayıl Namazov ayıq sürücünün özünü avtomobili ilə evinə aparmaq qərarına gəlib.

Ümumilikdə gecə saatlarında sərxoşluğun müayinəsi məntəqəsinə 25-ə yaxın sərxoş sürücü gətirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
64

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1095

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
432

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
87
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 15:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru