Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2015
10:22
İstirahət məkanlarının ətrafında 100-ə yaxın sürücü cərimələnib - FOTO

Qaxın İlisu kəndi ərazisində sərxoş sürücülərə qarşı reyd keçirilib. Reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 5-ci tağımının, Qax Yol Patrul Xidmətinin və rayonlararsı narkoloji şöbənin əməkdaşlarının iştirakı ilə baş tutub.

4 saatlıq reyd zamanı qayda pozan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq protokollar tətbiq edilib. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də Qax rayon sakinləri olub. Reyd zamanı yol polisi əməkdaşlarının əmrlərinə tabe olmayan sürücülərə də rast gəlinib.

Reyd zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşənlər saxlanılıb. Onlar arasında bəziləri polislərin "saxla" əmrinə məhəl qoymayaraq qaçmaqla inzibati cəzalardan yaxa qurtarmağa çalışıblar. Ancaq bu da həmin sürücüləri cərimələrdən xilas etməyib. 10 sürücü sərxoş halda avtomobili idarə etdiyi üçün avtomaşınları dayanacaqlara aparılıb, onlara inzibati protokollar tərtib olunub.

Pərdə və plyonkadan qanunsuz olaraq istifadə edən sürücülərə də cəzalar tətbiq edilib, avtomaşınların pərdə və plyonkaları yerində sökülüb.

Ümumilkdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 100-ə  yaxın sürücüyə qarşı DYP əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20192

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18797

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20142

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19723

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25256

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19711

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19866
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 20:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru