Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2015
13:11
428
Meyvə və tərəvəzlərdən zəhərlənməyə son!

Azərbaycanda yetişdirilən bütün tərəvəz və meyvələrin, o cümlədən qarpız və yemişlərin tərkibini həmin məhsullar elə əkin sahələrində olarkən - bazara çıxarılmamışdan əvvəl yoxlamaq mümkün olacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov Trend-ə bildirib ki, gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə bütün məhsulların tərkibinin yerindəcə yoxlanılması nəzərdə tutulur.

Artıq bu istiqamətdə işlərə başlanıldığını deyən Y.İbrahimovun sözlərinə görə, bununla əlaqədar 8 zona üzrə Toksikoloji laboratoriyalar tikilir: "Onların 3-ü artıq hazırdır. Indi bizdə səyyar laboratoriyası olan avtomobil var. Onunla ərazilərdə məsulları yoxlamaq olur. Amma bunun ən yaxşı nəticəsi zona laboratoriyalarının yaradılmasıdır. Zona Toksikoloji Laboratoriyaların tikilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək. Nəzərdə tutulub ki, məhsul sahədən götürülsün, analiz olunub sonra bazara göndərilsin. Təbii ki, məhsulun tərkibini birbaşa sahədə yoxlamaq ən yaxçı nəticədir”.

Y.İbrahimov bildirib ki, yeni laboratoriyalar ölkənin bütün bölgələrini əhatə edir: "Bu laboratoriyalar ölkənin bütün bölgələrində bütün mövsümi meyvə və tərəvəzlərin tərkibinin yoxlanılmasını təmin edəcək. Laboratoriyaların yaxın zamanlarda fəaliyyətə başlayacağı gözlənilir".

Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında qarpız və yemişlərdən zəhərlənmə hallarının baş verməməsi üçün onların tərkibinin elə tarlada ikən - bazara çıxarılmamışdan əvvəl yoxlanılmasını təklif etmişdi. O bildirmişdi ki, qarpız və yemişin küçələrdə satılması müəyyən problemlər yaradır. Buna görə də qarpız, yemiş mütləq becərildiyi yerdə - tarladan çıxarılarkən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılmalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
34

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
269

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1892

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
411

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1354
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 10:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru