Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2015
15:24
Qiyamçı məhbus Qobustan həbsxanasında öldü

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustanda yerləşən həbsxanasında məhkum ölüb.

Hüquq müdafiəçisi Eldar Zeynalovun APA-ya verdiyi məlumata görə, dünyasını dəyişən şəxs 75 yaşlı Hüseynov Vaqif Rza oğludur.

Məlumata görə, saxlanıldığı kamerada dünyasını dəyişən V. Hüseynov şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkirmiş.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya açıqlamasında V. Hüseynovun xəstəlikdən dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, V. Hüseynov 1993-94-cü illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində günahlandırılaraq həbs olunub.

Qeyd olunan işlərlə əlaqədar V. Hüseynovla yanaşı, onun oğlu və digər iki nəfər də tutulub.

Məhkəmə 1996-cı ildə V. Hüseynovun barəsində ölüm hökmü çıxarıb. Lakin sonradan V. Hüseynovun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48628

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46683

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48321

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47922

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53425

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47895
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 17:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru