Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2015
12:38
465
Gömrükçülərimiz qaçaqmalçıları yaxaladı - mobil telefonlarla

Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət bölməsində Birləşmiş Ərəb Əmirliklərindən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan, üzərində alıcının adı Əhməd Usubov kimi göstərilən içərisindəki mal "generator" kimi bəyan olunan beynəlxalq poçt bağlamasına "Rapiskan" markalı rentgen aparatı vasitəsilə baxış keçirilərkən, həmin bağlamanın içərisində olan "Bosihou" markalı elektrik tənzimləyici şübhə doğurub və bu elektrik tənzimləyici bölmənin əməkdaşları tərəfindən yoxlanılıb.

Baş İdarədən verilən məlumata görə, keçirilən yoxlanılma zamanı elektrik tənzimləyicisinin üst hissəsi açılıb və içərisinin boşaldılmış vəziyyətdə olması müəyyən edilib və içərisində gizlədilən "X-BO" markalı 6 ədəd və “Nokia N-206” markalı 14 ədəd mobil telefon aşkar olunub.

Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət bölməsində BƏƏ-dən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan, üzərində alıcının adı Sevda Kazımova kimi göstərilən içərisindəki mal "piano" kimi bəyan olunan beynəlxalq poçt bağlamasına "Rapiskan" markalı rentgen aparatı vasitəsilə baxış keçirilərkən, həmin bağlamanın içərisində olan sintezatora oxşar iki ədəd musiqi aləti şübhə doğurub və bu alətlər bölmənin əməkdaşları tərəfindən yoxlanılıb. Keçirilən yoxlanılma zamanı sintezatorların üst hissəsi açılıb və içərisinin boşaldılmış vəziyyətdə olduğu müəyyən edilib və birinin içərisində gizlədilən "Hope" markalı 7 ədəd mobil telefon, "KKD" markalı 4 ədəd mobil telefon və markası naməlum olan bir ədəd mobil telefon, ümumilikdə 26 ədəd mobil telefon aşkar olunub.

Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət bölməsində BƏƏ-dən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan, üzərində alıcının adı Hilal Sadıxlı kimi göstərilən içərisindəki mal “işıq” kimi bəyan olunan beynəlxalq poçt bağlamasına “Rapiskan” markalı rentgen aparatı vasitəsilə baxış keçirilərkən, həmin bağlamanın içərisində olan fənər şübhə doğurub və bu fənər bölmənin əməkdaşları tərəfindən yoxlanılıb. Keçirilən yoxlanılma zamanı fənərin üst hissəsi açılıb, içərisinin boşaldılmış vəziyyətdə olduğu müəyyən edilib və içərisində gizlədilən markası naməlum olan 7 ədəd mobil telefon aşkar olunub.

Baş İdarənin adıçəkilən bölməsində BƏƏ-dən beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan, üzərində alıcının adı Günay Məhərrəmli kimi göstərilən içərisindəki mal “piano” kimi bəyan olunan beynəlxalq poçt bağlamasına “Rapiskan” markalı rentgen aparatı vasitəsilə baxış keçirilərkən, həmin bağlamanın içərisində olan sintezatora oxşar bir ədəd musiqi aləti şübhə doğurub və bu alətlər bölmənin əməkdaşları tərəfindən yoxlanılıb. Keçirilən yoxlanılma zamanı sintezatorların üst hissəsi açılıb və içərisinin boşaldılmış vəziyyətdə olduğu müəyyən edilib və içərisində gizlədilən “Hope” markalı bir ədəd mobil telefon, “Orro” markalı 4 ədəd mobil telefon və “KKD” markalı 4 ədəd mobil telefon, ümumilikdə 9 ədəd mobil telefon aşkar olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
555

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
765

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1484

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
165

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1756

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
793

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
224

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
192

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
233

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
196
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 01:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru