Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2015
15:25
527
Azərbaycanda elektrik enerjisinin tarifi dəyişə bilər

Azərbaycanın elektrik enerjisi bazarının tənzimləyiciləri bazar modelinin dəyişdirilməsi üzərində işləyir.

Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur.

Məlumatda qeyd edilir ki, bu addımın əsas məqsədi istehsalçı şirkətlərin effektivliyinin artırılmasıdır. "Bu isə "Azərenerji"nin tariflərinə müsbət təsir edə bilər. Sonuncu dəfə elektrik enerjisinin tarifləri 2007-ci ildə dəyişib. İnvestisiya qoyuluşlarının azaldılmasının təzminatı tariflərin artırılması ola bilər. Lakin bu, "Azərenerji" üçün çətinlik yarada bilər", - deyə analitiklər hesab edir.

Şirkətin yanacağa xərclədiyi vəsait əməliyyat xərclərinin yarısına bərabərdir. "2013-cü ilin dekabrından etibarən "Azərenerji"yə satılan hər 1 000 kubmetr qazın qiyməti 63% artaraq 80 manata çatıb. Lakin həmin dövrdən əhaliyə satılan elektrik enerjisinin tarifi dəyişməyib. Şirkətin gözləntilərinə görə, ortamüddətli perspektivdə elektrik enerjisi və qaz tarifləri dəyişməyəcək", - deyə ekspertlər qeyd edir.

Tarif (qiymət) Şurasından isə "APA-Economics"ə bildirilib ki, hazırda hər-hansı tarifin artırılması nəzərdə tutulmayıb.

Xatırladaq ki, Şuranın 2 dekabr 2013-cü il tarixli 13 nömrəli Qərarı ilə magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satış (aylıq istehlakı 10 mln. kubmetrdən az olmamaq şərti ilə) tarifi 1000 kubmetr üçün 80 manat təşkil edir (ƏDV daxil).

Bütün istehlakçılar üçün elektrik enerjisinin pərakəndə satış tarifi 1 kVt/saat üçün 6 qəpik (ƏDV daxil) səviyyəsində müəyyənləşib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
157

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1769

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
317

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1230

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
386
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 20:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru