Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2015
12:59
Azərbaycanda hansı sürücülər qaydaları pozsa belə cərimə olunmayacaq

Daxili İşlər Nazirliyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair Təlimat”da dəyişikliklər edilib.

FaktXəbər-in verdiyi məlumata görə, dəyişikliyə əsasən, bundan sonra şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən real vaxt rejimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndəriləcək.

İndiyə qədər yol hərəkəti qaydalarının pozulması ilə hərbi qulluqçular, habelə intizam nizamnamələrinin və ya intizam haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər şəxslər həmin nizamnamə və əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyıblar. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati cərimə tətbiq edilə bilməzdi. Müddətli həqiqi hərbi xidmət qulluqçuları kateqoriyasına “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. Təlimata edilən dəyişikliyə əsasən, bundan sonra intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyacaqlar. Göstərilən şəxslərə inzibati həbs, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər və inzibati cərimə tətbiq edilə bilməz. Göstərilmiş şəxslərdən başqa, intizam nizamnamələrinin və ya intizam haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər şəxslər qulluq vəzifələrinin icrası zamanı inzibati xətalar törətməyə görə həmin nizamnamələrdə və ya əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13567

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12242

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13655

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13244

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18609

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13103

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 18:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru