Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2015
15:37
Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan!

Bir qrup Qarabağ döyüşçüsü (Füzuli Rzaquliyev, Etimad Əsədov, Rey Kərimoğlu və digərləri) döyüş yoldaşlarına müraciət ediblər ki, ermənilər Birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gəlirlər, onlarla işiniz olmasın, etiraz-filan etməyin, çünki onların gəlişi Qarabağ məsələsinin həllinə çox müsbət təsir edəcək.

Çox təəssüf edirəm ki, döyüşçülər də bu cür öz sifətlərini itirirlər, nə isə əldə eləmək üçün bu cür riyakarlığa gedirlər. Qarabağda bu cür adamlara “girəvə zəlilləri” deyirdilər.

Bu gözlənilməz hadisə, cəmiyyətə arxadan zərbə mənə ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlini xatırlatdı. Xatırlayırsınız, hakimiyyət xalqı muştulıqlayırdı ki, “ermənilər Bakıya qayıdır, nə qədər çox erməni gəlsə, Qarabağ məsələsi o qədər tez həll olunar”. Əhalidən “quş tüfəngləri”ni də yığır, ermənilərin qarşısında yalın əllə qoyurdular. Deyirdilər ki, Moskva belə məsləhət bilib. İndi də deyirlər ki, Avropa, Amerika belə məsləhət bilir. O vaxt Qarabağda mövqelərimizi itirdik, indi də Bakıda mövqelərimzi itirməyə başlamışıq. O vaxt Qarabağı itirəcəyimizə inanmırdılar, indi Bakını itirəcəyimizə inanmırlar. İnanın! Bu gün idmançılar, sabah şagirdlər, o birisi gün hərbi nazir, bir gün isə terrorçu Sarkisyan Bakıya təşrif buyuracaq. Bu gedişlə buna əmin ola bilərsiniz.

Bir hadisə də yadıma düşdü. O vaxt Politexnik İnstitutunda işləyirdim. Bir müəllim yoldaşımız çox çalışırdı ki, vəzifəyə getsin. 1988-ci ilin dekabrında gəldi ki, bəs məsələ həll olundu, Mərkəzi Komitədən demişdilər ki, Spitak zəlzələsində ölənlərlə bağlı Ermənistana pul keçir, getdim keçirdim (kvitansiyanı bizə göstərdi), yaxın günlərdə filan rayona “birinci katib” gedirəm. Hamı təəccüblə ona baxdı ki, bu qədər adamımızı qırıblar, qovublar, bu nə hərəkətdir? İndi də həmin vəziyyətdir, balaca bir vəzifə, ya da başqa bir şey almaq üçün insanlarımız bu cür eybəcərliklərə gedirlər. Bu adamlar özlərini elə göstərirlər ki, guya hakimiyyətə xidmət edirlər, əslində hakimiyyətə deyil, özlərinə, öz nəfslərinə qulluq edirlər.

Mən bununla kimisə ittiham etmək fikrində deyiləm. Sadəcə, istəyirəm insanlar gedən proseslərin mahiyyətini başa düşsünlər. Ermənilər hesab edirlər ki, müharibənin 1-ci mərhələsini udublar, Qarabağın xeyli hissəsini ələ keçiriblər. İndi də ikinci mərəhələdə həmin “qələbəni” möhkəmləndirmək istəyirlər. Bunun üçün isə “xalq diplomatiyası” deyilən oyunlardan, o cümlədən Bakıya səfərlərdən istifadə edirlər. Qoy hər kəs bilsin, ermənilərlə “xalq diplomatiyası” oyunları, hər hansı erməninin Bakıya istənilən səfəri Qarabağı bizdən bir az da uzaqlaşdırır.

Mən Qarabağ döyüşçülərinin bu müraciətini yersiz və zərərli hesab edirəm. Və erməni idmançılarının bu səfərinə hamını fəal etiraz etməyə, ən müxtəlif aksiyalar keçirməyə çağırıram. Hamının sözü bir olmalıdır: “Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan! Rədd ol!”

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7781

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6574

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8193

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8059

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11772

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7817
Şərhlər
феликс tərəfindən 03-06-2015 11:42:51 tarixində yazıldı
наконец
Наконец-то понял,чтобы опять завладет Карабахом,с такими нельзя добится каких то существенных изменений в пользу Азербайджана. надо понять сутьи намерения тех,кто дали добро на оккупоции.И помагали и помогает продолжат аккупации ваших земел. Бтобы освободит Территории,надо быть настоящим патриотом и МУЖЧИНОЙ.А вы никогда ими не станете. вот пример.уже соглашаетесь,а через некоторое время,сыграете свадьбы. ЖААЛЬ.ГЕЙДАР АЛИЕВИЧА нет.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 06:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru