
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnsan azadlığı və Yaxın Şərqdə baş verən olaylar” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri Azərbaycan İslam Partiyasının (AİP) siyasi məsələlər üzrə müavini Akif Heydərli açdı. O, qonaqları salamlayıb, sözü AİP sədr əvəzi Elçin Manafova verdi.
Elçin Manafov zindanlarda yatan vətənpərvər insanların bu halına təəssüf etdiyini bildirdi. O, Şeyx Ayətullah Nimrin timsalında bütün əhlibeytsevər, azadlıqsevər, ədalətsevər insanların zindana atılmasını pislədi və gələn qonaqlara təşəkkürünü bildirdi.
A.Heydərli Qərb dövlətlərinin, ABŞ-ın islama qarşı riyakar, aqressiv siyasətini pislədi: “Onlar təriqətlər arasında təfriqə salmaqla, müxtəlif müsəlman ölkələrində hakmiyyətpərəst insanların tamahından istifadə edib daim parçalmağa çalışırlar”.
Daha sonra Səudiyyə Ərəbistanında edam hökümünə məruz qalan islam alimi Ayətulah Şeyx Nimr haqqında çıxarılan hokmü ədalətsiz adlandıran A.Heydərli bunu müqəddəs imamlarımıza qarşı törədilən ədalətsizliyin davamı adlandırdı: “Şeyx Nimrin timsalında bütün dünyada islamsevərlərə qarşı belə haqsızlıq hokm sürür. Çox təəssüf ki, ölkəmizdə də islamçıların həbsi ürəyimizi ağrıdır.
Söz AİP-in keçmiş sədri, Nardaran ağsaqqalı Hacıağa Nuriyevə verdi. O, Qarabağ döyüşündə şəhid olanları, islam şəhidlərini xatırladı. Daha sonra Şeyx Nimrin Mədinə şəhərindəki İmam Hüseyn məscidində görüşündən danışdı: “Mədinə şiələr üçün zindandır. Şeyx Nimr haqsızlıqlara etiraz etdiyi üçün həbs olundu. Son iki ayda Yəmən hadisələri sübut etdi ki, bu ölkə eyni zamanda İsrailin, ABŞ-ın köləsidir. Axı heç Şeyx Nimrin Səudiyyə Ərəbistanına etiraz etməyə imkanı da yoxdur. Hündür, daş hasarların arxasından o, nə edə bilərdi axı? Bu gün Səudiyyə ABŞ-a söz verir ki, Şeyx Nimrə çıxarılmış edam hökmünü yerinə yetirəcəklər. Amma bu mümkün deyil. Şeyx Nimrin ölümü islam aləmində, eləcə də bütün dünyada böyük çaxnaşmaya səbəb olacaq”.
Hacıağa Nuri sonra üzünü mətbuata tutub dedi: “Mətbuat həqiqəti çatdırmalıdır oxuculara. Vaxtilə Səddam Hüseyni islam xilaskarı adlandırdılar. Amma biz insanları inanıdra bilmirdik ki, Səddam müsəlman deyil, qana susamış quduzdur. Bu gün dindar şəxsiyyətlər həbsdədir. O insanlara çox ağır cəza verilib. Axı onlar dövlət malını mənimsəməmişdilər. İslam məhbuslarından biri həbsxanada şəhid oldu. İndi məhbusların çoxunun vəziyyəti ağırdır. Sabah, bir gün yeni şəhid verəndə ölkədə qarşıdurma yarana bilər. Ölkə başçısından xahi edirik ki üzünü islam məhbuslarına tustsun və onları bağışlasın".
Ruhani Zülfüqar Mikayılzadə isə bütün dünyada böyük qüdrətlərin azadlığı uğrunda döyüş getdiyini bildirdi: “Biz o zaman dəyərlərin həqiqi carçıları olarıq ki, həmin dəyərlərin yanında olaq. Çünki bizim quranımız bunu öyrədib bizə. İmam Əli (ə) bir dəyəri ayaq altına atmaqla qələbə çala bilərdi, amma o, atmadı bu addımı. Qurani Kərimin “Kəhf” surəsində bizə nümunə göstərilən insanlar peyğəmbər deyildilər, amma dəyəri qoruyan idilər. İnşallah, Şeyx Nimr də mübarizəmiz nəticəsində azad olar, zalım öz cəzasını alar”.
AXP sədri Pənah Hüseyn isə Azərbaycan Xalq Cəbhəsinin (AXC) iqtidarda olduğu dövrdə Azərbaycanın birləşdiyini və güclü olduğunu bildirdi: “Biz AXC vaxtında birgəydik. Birgəydik və xalqımıza söykənmişdik. Odur ki, böyük uğurlar əldə edirdik. Sonra Azərbaycan parçalandı. Azərbaycanlılar şiələrə, sünnilərə, İrana, Türkiyəyə meyilləri ilə parçalandılar”.
P.Hüseyn Azərbaycanda zindanda yatanların arasında dindarların çoxluq təşkil etdiyini bildirdi: “Müsəlman aliminin cibinə narkotik qoyaraq həbs edirlər, bu mənə çox pis təsir edir”.
Daha sonra əfv məsələsinə toxunan AXP sədri buna o qədər də önəm vermədiyini vurğuladı: “Əfv ərizəsi olanda nə olacaq. Beş-altı nəfəri əfv edəəklər,əvəzində 50-60 nəfəri həbs edib basacaqlar içəri. Onsuz da bu hakmiyyət hamımızı tutur. Elə ona görə də biz birləşməliyik və birgə mübarizə aparmalıyıq”.
İlahiyyatçı Sərdar Hacıhəsənli günahsızların ancaq çirkli cəmiyyətlərdə cəzalandırıldığını dedi: “Günahsızın cəzalandırılması cəmiyyətin strukturasının xirtdəyə qədər çirkabın içində olduğunu göstərir. Biz əslində əfv fərmanının ummuruq. Günahı olmayana bəraət verilməlidir, günahı olanlar əvf olur”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ermənistan prezidentinin “Qarabağ azərbaycanlılar üçün ərazidi, amma bizim üçün vətəndi” fikiri ilə şərik olduğunu bildirdi.
Müsəlman Birliyinin sədr əvəzi Elçin Qasımov Şeyx Nimirin həbsinə etiraz etdi və Səudiyyə Ərəbistanını müsəlman qanı tökməkdə suçladı.
Tədbir iştirakçısı, VİP sədri Əli Əliyev siyasi məhbuslar mövzusunun onun üçün hər zaman aktual olduğunu qeyd etdi: “Mövzu aktual mövzudu, dəfələrlə görüşlərimdə siyasi məhbuslar mözusunu qabartmışam. Azərbaycan 25 ildir müstəqillik əldə edib bu böyük dəyərdi. Azərbaycan vətəndaşının birinci işi xalqı haqsızlığa qarşı ayağa qaldırmaqdır. Bizi məzhəblərə məqsədlərə böldülər, ondan da bizim məğlubiyyətimiz başladı. Biz hamımız müxalifik. Biz hamımız bu hakmiyətin apardığı haqsız siyasətə qarşıyıq, amma dövlətimizə qarşı deyilik. Dövlətmizi sevirik. Azərbaycanın hansısa öllkəyə kələ atmasını istəmirəm biz ayağa qalxmağı bacarmalıyıq və öncə günahszı məhbusların azad edilməsinə çalşımalıyıq".
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə Qarabağ nisgilindən söz açdı: “Ən böyük dərdimiz Qarabağ dərdidir. Mən vətənsiz zəngilansız ölü canlıyam. Bu gün Azərbaycanın başına gətirilənlər bir daha göstərir ki düşmənin arxasında böyük güclər dayanır”.
Daha sonra Azadlıq prospektində baş verən yanğından danışan şura sədri Azərbaycanda insanların güvənsiz yaşamını tənqid etdi. Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimov zindanda olan insanların bu günki cəmiyyətimiz üçün çox vacib şəxs olduqlarını önə çəkdi: “Bu gün zindanda yatan, günahsız yerə həbs edilənlər o qədər dəyərli, o qədər üstün zəkaya malikdirlər ki, hətta məhbusdakı günahkarları təmizlənib, cəmiyyətə saf şəkildə qayıtmasına səbəb olublar. Biz Azərbaycanda qanunun aliliyi olan dövlətin olmasını istəyirik. Biz insanlıq hüququnun qorunmasını istəyirik başqa heç nə istəmirik”.
İlahiyyatçı İlham Əliyev çıxışında vurğuladı ki, özünü dərk edən insan azadlıq uğurunda mübarizə aparmalı, məzlumu zülümkardan qorumalıdır.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı