Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2015
16:46
962
Ərəbistanın İranın yardım gəmisindən qorxmasının yeddi səbəbi

Səudiyyənin ən təcrübəsiz liderləri də İranın Yəmən ölkəsində hal-hazırda davam edən müharibəyə daxil olmayacağını bilirlər. Amma buna baxmayaraq, Ər-Riyad İranın Bab Əl-Məndəb boğazına yaxınlaşmasından bərk narahatdır? FaktXəbər-in məlumatına görə, analitiklər buna səbəb kimi əsasən 7 cavab sadalayırlar. 

1. Ən səthi təhlildə Ərəbistanının Yəməndə bəhanə axtarması ağla gəlir. Bu dövlət Altılıq və İranın nüvə danışıqları müzakirələrinə mane ola bilmədi. Daha öncə isə həm Suriyada, həm də İraqda siyasi məğlubiyyətlərə məruz qaldı. Buna görə də indi Yəməndə Tehranı daxili savaşa çəkərək, regional gücünün əriməsinə yol açmaq istəyir. Ərəbistan bundan əvvəl də İranı Suriyada yorucu bir savaşın içinə çəkmək istədi, amma baş verən hadisələr və Əsəd hakimiyyətinin dirənişi İranın Suriya müharibəsində Vaşinqton və Paris kimi bölgə xarici qüvvələrlə üzbəüz gəlməsinin qarşısını aldı. Buna görə də indi Ərəbistan Yəmən böhranında İranı müharibə meydanına çəkərək, bölgənin inamsızlıq səbəbinin bu ölkə olduğunu göstərmək istəyir. Əslində Ər-Riyadın Sənaya təcavüzü bu iddianın əksini sübut edir. Ərəbistanın yardım gəmisini təhdid etməsi isə İranı regional bir müharibəyə təhrik etməyin son həmləsi ola bilər. Amma İran dəfələrlə bu müharibəyə daxil olmaq istəmədiyini açıqlayıb.

2. Ərəbistan İranın yardım gəmisini təhdid edərək, həmçinin İran təyyarəsinin enişinə mane olaraq, özünün Husilərə qarşı bərabər olmayan döyüşdə aldığı məğlubiyyəti kompensasiya etmək istəyi var. Ər-Riyad bu hadisədən əvvəl Yəmən hücumunda qovuşmaq istədiyi yeddi məqsədə də nail olmadığını etiraf etmişdi. Ərəbistan İranın müharibə əleyhdarı amerikalıların və avropalıların da içində olduğu bir gəmi ilə silah göndərməyəcəyini yaxşı bilir. Buna baxmayaraq, Ərəbistanın bu təhdidi güc nümayişi mənasını verir. Halbuki, regionda ən zəif və tək qaldığı bir prosesi təcrübədən keçirir.

3. Ərəbistan İran gəmisinin Yəmən sahillərinə gəlməsinin Yəmən mühasiəsinin sonu mənasını daşıyacağını bilir. Ər-Riyad Yəməni mühasirə etməklə və Yəmən xalqını dara salmaqla Husilərin geri addım atacağını güman edir. Bu şərtlərdə mühasirə halqasının İran tərəfindən qırılması yorucu bir müharibənin davam etməsinə vəsilə olacaq və getdikcə Ərəbistan zəifləyəcək, təhqir olunacaq. Buna görə də Ər-Riyad özü üçün Yəmən hücumunu uğurla sona çatdıracaq yeganə strategiya olan mühasirənin yarılmasına izn vermək istəmir.

4. Digər bir məqam isə Ərəbistanının İranın ərəb dünyasında tərəfdaş tapmasından narahat olmasıdır. Ər-Riyad 36 il ərzində İranın məzlum ərəb xalqlarını müdafiə edərək, ərəblər arasında bənzərsiz bir mövqe əldə etdiyini bilir. Buna görə də şiə-sünni dilemması yaratmaqla, artan tərəfdaşlığın qarşısını almaq istəyir. İran yardım gəmisinin Ərəbistanın qonşu ölkəsinə çatması, Ərəbistanının təzyiqi altındakı bir ərəb xalqına kömək əlinin uzadılması mənasındadır. Bu isə uzun perspektivdə İran tarfadarlığının artmasına səbəb olacaq. Həqiqəti isə Ərəbistan qəbul etmək istəmir, çünki İranın bir ərəb ölkəsinə yardım mesajının yeganə mənası var: Yaxın Şərqdə güc!

5. Ərəbistanın hava və quruda İran ilə gizli bir hərbi rəqabət şəraitində olduğunu da yaddan çıxarmaq olmaz. Ərəbistan, İran donanmasının mühafizəsi altında bir yardım gəmisinin məqsədinə çatmasının ərəb ordularının məğlubiyyətinin təməlini qoyacağını bilir. Bu ərəblər üçün iki dəfə təhqir olunma mənasını verir. Hər şeyə baxmayaraq Ərəbistan yardım gəmisinə mümkün hücum üçün hər hansı bir qanuni əsas tapa bilmir, dolayısı ilə özü qurduğu bir oyunun çətinliyinə düşümüş vəziyyətdədir. Ərəbistan İranla hərbi qarşıdurmanın xüsusilə Qərbin Ər-Riyaddan məsafə saxladığı bir vaxtda təhlükəli olduğunu hesab edir. Məhz buna gör də Səudiyyə çətin şərtlər altında qərarsız qalıb.

6. İran gəmisinin hədəfə gəlməsi və Yəmən xalqı tərəfindən qarşılandığı görüntülərinin paylaşılması media müharibəsində daha bir məğlubiyyət deməkdir. Çünki bu görüntülərlə İranın yardım əli uzatmasına qarşı Ərəbistanın təcavüzü göstəriləcək. Belə həssas dövrdə Ərəbistan bu məğlubiyyəti də həzm edə bilməyəcəyini düşünür.

7. Əgər İranın yardım gəmisi hədəfə çatarsa və Ərəbistan bölgə xarici  gücləri İranın bu humanitar yardım əməliyyatını dayandırmağa razı sala bilməsə, Ər-Riyad Qərb strateqlər yanına hər zamankından daha çox zəif şəkildə dəyərləndiriləcəyini və etibardan düşəcəyini dərk edir. Ərəbistan dəfələrlə həm Suriya və İraq böhranı, həm nüvə müzakirələri, son olaraq isə Kemp Deviddə İranla rəqabətdə Qərbi öz tərəfinə çəkmədə uğur əldə edə bilmədi. Əgər bu dəfə də beynəlxalq sularda olan qüvvələri İran gəmisini dayandıra bilməsə, daha bir nüfuz itkisi ilə üzləşəcək. Bu isə Ər-Riyadın bölgədə gücünün azalmasının işarəsi mənasını daşıyır.

Bu yeddi səbəbi nəzərdən keçirdikdə Ər-Riyadın nə üçün inadla İranın humanitar yardımlarının hədəfə çatmasının qarşısını almaq istədiyini dərk edirik. Əslində, Ərəbistanı uzun perspektivdə bu mövqeyini davam etdirməyəcəyini və ictimaiyyətinin təzyiqini qaldırmayacağını bilir. Amma görünən odur ki, Ərəbistanının yeni liderləri ən azından Yəmən sahəsində şərtlərin lehlərinə dəyişməsini və İran gəmisinin xilaskar kimi qarşılanmamasına ümid edirlər. Əks təqdirdə, İran Yəmənin xilaskarı kimi qəbul ediləcək. Bu vəziyyətin isə Səudiyyəni xoşbəxt etməyəcəyi açıq bir həqiqətdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
190

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
126

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
154

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
108
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru