Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2015
15:58
Avtoş “Porsche”ylə Bakını qarışdırdı - Polislər xəsarət aldı

Bu gecə Bakı küçələrində avtoxuliqanlıq edən sürücüylə yol polisləri arasında film kimi olay yaşanıb.

10 YP 457 nömrəli avtomobillə xidmət aparan yol polisləri 90 XU 555 dövlət nömrə nişanlı “Porsche Panamera”ya “saxla” əmri veriblər. Lakin “Porsche Panamera”nın sürücüsü avtomobili saxlamaq əvəzinə, ərazidən uzaqlaşmağa çalışıb. Bundan sonra isə Bakının mərkəzi küçələrində “qaçdı-tutdu oyunu” başlayıb. Amma “oyun” pis hadisə ilə sona çatıb. Belə ki, sürücünü saxlamağa çalışan Mirzəli adlı yol polisi xidməti avtomobilindən düşərək “Porsche Panamera”nın qarşısına keçib. Bu zaman avtoxuliqan polisi vurub və onun ayağının üstündən keçib. Bundan sonra köməyə çağırılan 10 YP 317 və 10 YP 589 nömrəli yol polisi avtomobilində xidmət aparan polislərin köməyi ilə “Porsche Panamera”nı saxlamaq mümkün olub. Saxlanılan sürücü avtomobildən düşərək, polislərlə əlbəyaxa olub, onların birinin uniformasını tamamilə cırıb. Sürücü zərəsizləşdiriləndən sonra məlum olub ki, o, sərxoş imiş.

AzNews.az-ın araşdırmasına görə, “Porsche Panamera” avtomobili Məmmədov Saqif Kamil oğlunun adınadır. O, avtomobili etibarnamə ilə Həsənov Vüsal Nizami oğluna verib. Polislə “oynayan” şəxs də elə Vüsal Həsənov olub.

Məsələ ilə bağlı əlavə məlumat əldə etmək üçün DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Lakin V.Əsədov məzuniyyətdə olduğu üçün məsələdən xəbərsiz olduğunu və bu barədə açıqlama verə bilməyəcəyini dedi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54758

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52849

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54260

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53984

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59409

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53696

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54050
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 17:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru