Bu gün İslam dünyasında ən böyük bayramdır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2015
10:38
3210
Bu gün İslam dünyasında ən böyük bayramdır

Bu gün şənbə 27 rəcəb 1436-cı hicri qəməri ili, 16 may 2015-ci milad ili əziz İslam peyğəmbəri həzrət Məhəmmədin (s) besətinin ildönümü günüdür.

1449 il öncə belə bir gündə, rəcəb ayının 27-də həzrət Məhəmməd (s) Allah-Təala tərəfindən peyğəmbərliyə təyin olundu. O zaman həzrət Məhəmmədin (s) 40 yaşı var idi. O, hələ uşaqlıq illərində yaradılış barədə dərin baxışlara malik idi. Daim insanın aliliyi və kəraməti barədə düşünərdi. Sədaqət, əmanətə sədaqət və xeyirxahlıq o həzrətin məhşur xüsusiyyətlərindən idi. 

Həzrət Məhəmməd (s) vaxtının çoxunu ibadət etmək, düşünmək, Məkkənin şimalında, Nur dağında olan Hira mağarasına çəkilmək və Allaha ibadət etməklə məşğul olardı. Belə bir gündə Hira mağarasında olarkən vəhy mələyi, cənab Cəbrayıl nazil olur və həzrət Məhəmmədə (s) Allah tərəfindən peyğəmbər təyin oldnduğu barədə müjdə verir. O andan həzrətin sonuncu ilahi peyğəmbər olaraq ağır missiyası başlayır. 

Həzrət Məhəmmədin (s) peyğəmbərliyə təyin olunduğu gün insanın şirk, ədalətsizlik, ayrı-seçkilik, cəhalət və pozğunluqdan nicat yoluna qədəm basdığı gündür. 

FaktXəbər olaraq Həzrət Məhəmməd Mustafanın (s) Allah tərəfindən peyğəmbər təyin edildiyi gün və müsəlmanların ən böyük bayramlarından olan "Besət" bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edirik.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 07:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com