Azərbaycanla İran dini radikalizmə qarşı birləşir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2015
16:33
2755
Azərbaycanla İran dini radikalizmə qarşı birləşir

Mayın 15-də   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Dini Komitədən FaktXəbər-ə verilən məlumata görə, Mübariz Qurbanlı İran İslam Respublikasına rəsmi səfəri haqqında danışaraq, səfərin yüksək səviyyədə təşkilinə görə səfir Möhsün Pakayinə öz minnətdarlığını bildirib. Komitə sədri bildirib ki, İranda müxtəlif məsələlər və layihələrlə bağlı çox səmərəli müzakirələr keçirilib. O cümlədən, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə birgə layihələr həyata keçirmək, dini təhsil sahəsində təcrübə mübadiləsi və İslam dini ilə bağlı maarifçilik fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə DQİDK-nin sədri qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini qurumlara və icmalara hərtərəfli dəstək verilir.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Möhsün Pakayin bu cür səfərlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xəttlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.  Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İran arasında qarşılıqlı etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək.  

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 07:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com