Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2015
11:34
1 nömrəli terrorçunun öldürülməsi barədə şok fakt Amerikanı qarışdırdı - TOP SECRET

ABŞ-ın Pakistanda gizlənən Əl-Qaidə lideri Usama bin Ladeni bu ölkənin kəşfiyyatından xəbərsiz gizli əməliyyatla öldürdüyü və cənazəsinin İslami qaydalara uyğun şəkildə dənizə atıldığı barədə açıqlamanı hər kəs xatırlayır.

FaktXəbər-in məlumatına görə, amerikalı jurnalist Semur Herş (Seymour Hersh) adsız kəşfiyyat mənbələrinə əsaslanaraq, bütün bizə danışılan hekayənin quraşdırma olduğunu və ABŞ prezidenti Barak Obamanın yalan söylədiyini deyib.

Bu barədə uzun bir məqalə hazırlayan və kitab da yazdığını bildirilən Herşə görə, Bin Laden 2006-cı ildə Pakistanda həbs edilibmiş.

Pakistan kəşfiyyatı əfqan əməkdaşlarla Bin Ladeni tutmuşdu və Taliban ilə Əl-Qaidəyə qarşı kart kimi tutmuşdu. O, ev dustağı kimi Abbotabatdakı xüsusi evdə ailəsi və uşaqları yaşayırdı və Əl-Qaidəni idarə edə bilməyəcək dərəcədə təcrid edilmişdi.

25 MİLYONU PAKİSTANLI KƏŞFİYYATÇI ALDI

ABŞ Bin Ladenin yerini 25 milyon dollarlıq mükafatı almaq istəyən bir pakistanlı kəşfiyyatçıdan öyrəndi.

Sonra ABŞ Usama bin Laden verilməzsə milyardlıq yardımların kəsiləcəyini pakistanlı kəşfiyyat komandirlərinə bildirib. Əldə edilən razılıq nəticəsində ABŞ-ın Abbotabatdaki evə basqını qərara alınıb.

ABŞ vertolyotları müdaxilə olmadan Pakistanın hava sahəsinə girdi. Evi qoruyan Pakistan kəşfiyyatçıları vertolyot səsi eşidiləndə evdən uzaqlaşacaqdılar. Əməliyyatda qarşıdurma olmadı.

Evin xüsusiyyətlərini bilən amerikalı dəstə yuxarı mərtəbəyə çıxaraq Bin Ladeni və digər hədəfləri öldürdü.

ƏFQANISTANDA BASDIRILIB

Sonra Bin Ladenin cəsədi Əfqanıstanda basdırılıb. Meyitinin daşınması zamanı bəzi bədən hissələri Hindikuş dağlarına atılıb.

Seymur Herş Bin Ladenin yerinin ABŞ kəşfiyyatının səyləri və Əl-Qaidə üzvünün izlənilərək tapıldığı iddiasının, o cümlədən əməliyyatın bütün açıqlanan detallarının, həmçinin cənazənin İslamı üsulla dənizə atılma hekayəsinin həqiqətdən uzaq olduğunu yazıb.

HİLLARİ KLİNTON ÇƏTİN VƏZİYYƏTDƏ QALA BİLƏR

Herşə görə, hadisənin əməliyyatdan bir həftə sonra açıqlanması yolunda Pakistanla əldə edilən razılığa baxmayaraq, prezident Barak Obama qəfil bəyanatla hadisənin verə biiləcək müsbət imicini qazanıb.

Məşhur yazıçının açıqlamaları Obama və rəhbərliyinin etibarlılığı barədə mübahisə yaradıb. O vaxt xarici işlər naziri olan Hillari Klintonun 2016-cı ildə keçiriləcək prezident seçkilərindəki namizədliyini də artıq təhlükə gözləyir.

SEYMUR HERŞ KİMDİR?

8 aprel 1937-ci ildə doğulan Seymur Herş adını ilk dəfə 1969-cı ildə Vyetnamda ABŞ-ın 500 kəndlini öldürdüyü Mai Lai qətliamını xəbər verərək, Amerika rəhbərliyinin qətliamı necə ört-basdır etdiyini ortaya qoyaraq tanıdıb.

Seymur Herşin bu araşdırması 1970-ci ildə Amerika jurnalistikanın ən nüfuzlu mükafatı olan "Pulitser"ə layiq görülüb.

Herş ABŞ-ın İraqı işğalı zamanı Əbu Qureyb həbsxanasında Amerika əsgərlərinin iraqlı məhkumlara qarşı sistematik işkəncələrin ən kiçik təfərrüatına qədər xəbər vermişdi.

Xəbərlərində günahkar kimi xüsusi ilə ABŞ hakimiyyətlərini və MKİ-ni göstərən Herş, "Pulitser" mükafatı ilə yanaşı jurnalistika baxımından son dərəcə nüfuzlu "Corc Polk" mükafatını də beş dəfə qazanıb.

ABŞ Müdafiə Nazirliyi Pentaqon sözçüsü Stiv Uorren məsələ ilə bağlı açıqlamasında xəbərdə "çox ciddi səhvlər" olduğunu bildirib.

"Bunun birtərəfli əməliyyat olduğuna və ölkəmizdəki bütün qanunlara uyğun olaraq keçirildiyinə dair heç bir şübhə yoxdur", - deyən Uorren, belə davam edib: "Əməliyyatlara dair ictimaiyyətə verilən açıqlamalar ortadadır. Obama əməliyyatın başa çatmasından 24 saat sonra bunu açıqlayıb. Prezident Obamanın söylədiyindən başqa bir şey yoxdur."

Ağ Ev sözçüsü Coş Earnest də günlük mətbuat konfransında məsələ ilə bağlı suala cavab olaraq, xəbərin səhvlərlə dolu və tamamilə yalan olduğunu söyləyib.

Xatırladaq ki, Amerika rəhbərliyinin bu təkzib açıqlamalarına baxmayaraq, Seymur Herş bu günə kimi hazırladığı reportajlar barədə əsl həqiqət bütün çılpaqlığı ilə illər sonra ortaya çıxıb. Vyetnamda, İraqda olduğu kimi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
916

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
295

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
590
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 03:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru